Adolf Hitlerin intiharından, Berlinin tam işğalından sonra fürerin bunkerində bir sıra sənədlərlə yanaşı, “tam məxfi” qrifli bir qovluq da ələ keçib. Dünya ictimaiyyətinə “qara siyahı” kimi təqdim edilən bu qovluqda fürer özünə şəxsi düşmən saydığı və məhvə məhkum edəcəyi insanların ad, soyadlarını, onların qısa bioqrafik göstərəcilərini qeyd edib. İosif Stalin, Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll, Gerogi Jukov, Duayt Eyzenhauer, İosip Broz Tito və bir çox tanınmış simalarla yanaşı siyahıda əfsanəvi ukraynalı pilot İvan Kojedubun da adı yer alıb.
Maraqlıdır, Kojedub hansı “əməl”lərinə görə Hitlerin qəzəbinə tuş gəlib?
İvan Kojedub 1920-ci ildə Ukraynanın Suma vilayətinin Obrajiyevka kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Çuquyev Hərbi Aviasiya Məktəbində təhsil alıb. Müharibə başlananda Kojedub bir müddət Qazaxıstanın Çimkənd şəhərində hərbi pilotların hazırlanması kursalarında instruktor vəzifəsində xidmət edib. O, 1942-ci ildə hərbi aviasiya komandanlığına müraciət edərək xidmətini döyüş bölgələrində keçirmək istədiyini bildirib. Onun müraciətinə müsbət cavab verilib.
Kojedub 1942-ci ilin noyabr ayında 240-cı qırıcı aviasiya alayına göndərilib. İlk döyüş uçuşlarını Kursk döyüşlərində başlayan pilot qısa bir müddətdən sonra Almaniya hərbi hava qüvvələrinin qəniminə çevrilib. Üçüncü Reyxin ən vacib simalarından biri sayılan, Almaniya hərbi hava qüvvələrinin rəhbəri Görinq Herman Kojedubun təyyarəsini vuran kəsə bir rəqib təyyarəsinin vurulmasına görə nəzərdə tutulan pul mükafatının 100 qatının verilməsini vəd edib.
Vermaxt qırıcı təyyarələrinin pilotları Kojedubu “səma şeytanı” adlandırıblar, onun səmadakı manevrlərininin anlaşılmaz olduğunu dilə gətiriblər.
Kojedub müharibə illərində 330 uğurlu döyüş uçuşu həyata keçirib, 120 səma döyüşündə o, rəqibin 64 təyyarəsini sıradan çıxarıb. Ukraynalı pilotun 1945-ci ildə Berlin əməliyyatında həyata keçirdiyi döyüş uçuşları isə ona “əfsanəvi pilot” titulunu qazandırıb.
Ən ağır döyüş bölgələrində xidmət aparan Kojedub müharibə dövründə bir dəfə olsun düşmən zərbəsinə məruz qalmayıb. Hətta alman kəşfiyyatı onun uçuş vaxtını dəqiqləşdirdikdən sonra Vermaxt pilotları səmada Kojedubu məhv etmək üçün altı dəfə xüsusi əməliyyat keçirsə də, onların hamısı nəticəsiz qalıb.
İvan Kojedub müharibə dövründə iki il ərzində (1944-1945-ci illər) üç dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif edilib. Müharibə zamanı yalnız üç nəfər üç dəfə Sovet İttifaqı qəhrəmanı adını alıb: Georgi Jukov, Aleksandr Pokrışkin və İvan Kojedub.
Müharibə bitəndə mayor rütbəsində olan Kojedub sonrakı xidmətini hərbi hava qüvvələrində davam etdirib. Xidməti ilə yanaşı o, Hərbi Hava Akademiyasında və Baş Qərargah Akademiyasında təhsil alıb.
Kojedub 1964-cü ildə Moskva Hərbi Dairəsinin hərbi hava qüvvələri komandanının müavini təyin edilib. 1971-ci ildə o, xidmətini hərbi hava qüvvələrinin mərkəzi aparatında davam etdirib. İki çağırış SSRİ Ali Sovetinə deputat seçilib. 1985-ci ildə ona aviasiya marşalı rütbəsi verilib.
Əfsanəvi pilot olduqca sadə, ünsiyyətcil, qayğıkeş, maraqlı həmsöhbət kimi yadda qalıb. Aviasiya sahəsinin adamı olsa da o, incəsənət, musiqi, ədəbiyyat adamları ilə dostluğa daha çox meyl göstərib. Kojedubun yaxın dostluq münasibətində olduğu şəxslərdən biri də Vladimir Vısotski olub. Hətta Vısotski Özbəkistan qastrollarının birində pilota vertolyota ehtiyacı olduğunu bildirəndə Kojedub onun xahişini böyük məmnuniyyətlə yerinə yetirib.
SSRİ-nin ictimai həyatında kifayət qədər fəallıq göstərən Kojedub müharibə veteranlarının ən yaxın dostu sayılıb. O, ən mötəbər tədbirlərdə belə veteranların sosial rifahını, onlara qayğı və diqqətin artırılmasını önə çəkərək cəbhə dostlarının sosial problemlərinin həllində həmişə onların yanında olub.
İvan Kojedub haqqında yüzlərlə məqalə yazılıb, bir neçə kitab işıq üzü görüb, filmlər çəkilib. “Səma döyüşlərinin maestrosu” kimi təqdim olunan Kojedub haqqında yazılanlara təvazökarlıqla münasibət bildirib:
“Siz qəhrəmanları səhv salırsınız. Qəhrəman mən deyiləm, qəhrəman məni göylərə sağ-salamat aparıb gətirən səma maşınıdır...”
Ağır müharibə illəri Kojedubun səhhətində ciddi problemlər yaradıb. O, həmin dövrlərdə bunu hiss etməsə də, 1980-ci ilin əvvəllərdən başlayaraq həkimlərin nəzarətinə ehtiyac duyub. Birinci infarktdan sonra ciddi müalicələr, həkim nəzarətində qalması onun ömrünü daha bir neçə il uzadıb. İkinci infarktdan isə əfsanəvi pilotu xilas etmək mümkün olmayıb.
İvan Kojedub 1991-ci ildə, 71 yaşında vəfat edib.
İlham Cəmiloğlu/musavat.com