ABŞ-da Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün müzakirə edildiyi brifinqdə mövzulardan biri də Putinin psixi durumu olub.
Moderator.az Ukrayna nəşrlərinə istinadla xəbər verir ki, ABŞ mediasının yaydığı məlumata görə, müzakirələr zamanı Rusiya prezidenti Vladimir Putinin psixi durumu ilə bağlı suallar yaranıb, lakin administrasiya rəsmiləri dəqiq cavab verməyiblər.
Senatda keçirilən brifinqdə iştirak edən senator Çak Qrasli söhbətin Putinin psixi vəziyyətindən getdiyini təsdiqləsə də, deyilənlər barədə geniş açıqlama verməkdən imtina edib. Bununla belə, o, özünün Putinin psixi durumu ilə bağlı şəxsən narahat olduğunu bildirib.
Sultan Laçın