Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu halda ətrafı Putini devirəcək“ - Sensasion iddia


Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra hücum edən ölkəni etiraz dalğası bürüyüb.  

pulsuz elanlarelan saytlarielanlarelan azelan yerləşdirməkelan yerləşdirelan yerlesdirmekkirayə evlərkirayə evlər 2021kirayə mənzillərkirayə mənzilkirayə ofislərkirayə müqaviləsikirayə evlər 2022kirayə obyektlərkirayə anbar
Rusiyanın 58 şəhərində etiraz məqsədilə küçəyə çıxan 1200-dən çox adam həbs edilib. Bəziləri bu aksiyaların ümumxalq etirazlarına çevriləcəyini də istisna etmirlər.

pulsuz elanlarelan saytlarielanlarelan azelan yerləşdirməkelan yerləşdirelan yerlesdirmekkirayə evlərkirayə evlər 2021kirayə mənzillərkirayə mənzilkirayə ofislərkirayə müqaviləsikirayə evlər 2022kirayə obyektlərkirayə anbar
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bu ehtimalın o qədər də real olmadığını bildirib:

“Düşünmürəm ki, Rusiyada Putin rejimini devirə biləcək mütəşəkkil siyasi qüvvə olsun. İqtisadi qüvvə isə elə onun ətrafında toplaşmış milyarderlərdir. Əgər o milyarderləri Qərb dövlətləri müsadirə edib hesablarına həbs qoysalar, o zaman onlar Putini kənarlaşdıra bilərlər. Əslində Putin öz təhlükəsizliyini tam təmin etmək üçün yüz minlərlə üzvü olan dəyənəkli, avtomatlı Rusiya Milli Qvardiyasını yaradıb. Ordu, Federal Təhlükəsizlik xidməti onu qoruyur. O, özünü və hakimiyyətini əməlli-başlı qoruyur. Amma görünür ki, Rusiyanın təhlükəsizliyini qorumaq üçün kifayət qədər qüdrətli ordusu yoxdur. Zəif Ukrayna ordusu onları didib-dağıdır və onlara qarı şiddətli müqavimət göstərir”.

Ekspert Putin hakimiyyətinin devrilməsinin Qərbin qətiyyətindən asılı olacağını qeyd edib:

“Hər şey Qərbin qətiyyətindən asılıdır. Əgər onlar kifayət qədər qətiyyətlə Rusiya iqtisadiyyatını çökdürə bilsələr, onda Putin öz ətrafı tərəfindən devrilə biləcək. Amma bu hakimiyyətin xalq hərəkatı tərəfindən devrilə biləcəyinə inamım yoxdur. Qərbin bunu bacarıb-bacarmayacağı isə məhz onların qətiyyətindən asılıdır. Buna imkanları var, amma istəkləri və qətiyyətləri buna çatacaqmı, onu mən deyə bilmərəm”.

Əsmətxanım Rzazadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10