Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müharibədən sonra Rusiyanı nə gözləyir? - Sənaye və maliyyə çöküşü, oliqarxların hədəfində olan zəif ölkə...


"Rusiya SSRI dağılandan indiyə qədər qazandıqlarının bir hissəsini 2022-ci ildə, qalanlarını isə yaxın bir neçə ilə itirəcək. Rusiya təkcə enerji bazarından deyil, dünya iqtisadiyyatının tərkib hissəsindən qoparılacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Elman Sadıqov deyib. Ekspert vurğulayıb ki, dünya Rusiyadan bu qədər açıq təcavüz gözləmədiyi kimi, Rusiya da elan olunan sanksiyalar paketini gözləmirdi.
Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”
Bəs sanksiyalara dözməyə məcbur qalan Rusiyanı hansı gələcək gözləyir?

"Bu sanksiyalara dözəcək Rusiya bir müddət sonra daha çox aqrar ölkəyə çevriləcək. Bundan sonra Rusiya üçün ABŞ və Qərb qədər həm də öz oliqarxları təhlükəli olacaq. Müharibənin nəticəsi nə olur olsun, Rusiyanın maliyyə-iqtisadi itkiləri çox ağır olacaqdır. Müharibənin uzanıb-uzanmamasından asılı olmayaraq nəticələrinin təsirləri də uzunmüddətli qalacaqdır".

Rusiyanın "SWIFT" sistemindən çıxarılmağın ən son addım olduğunu bildirən Elman Sadıqov deyir ki, diqqətin "SWIFT" də olduğu bir vaxtda gözlənilmədən Rusiyanı əsas dörd rezerv valyuta ilə əməliyyatlardan kənarlaşdırıb əlindəki trilyon dolları da dondurmaq daha uğurlu addımdır. Hələ oliqarxlara qarşı sanksiyalar da tətbiq edilə bilərdi.

"Təəssüflə bildirim ki, bu hadisələrin bütün MDB dövlətlərinin iqtisadiyyatlarına birbaşa və dolayı olaraq mənfi təsirləri qaçılmazdır. Baş verənlərdən sonra digər MDB ölkələrinə nisbətən Azərbaycanın müqayisədə manevr imkanları daha çoxdur" deyə ekspert fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10