70 illik mövcudluğu dövründə SSRİ-də cəmisi 41 nəfərə Sovet İttifaqı marşalı (ayrı-ayrı qoşun növləri üzrə marşallar nəzərdə tutulmur) rütbəsi verilib. Bu ali hərbi rütbə 22 sentyabr 1935-ci ildə SSRİ Xalq Komissarları Soveti və Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə təsis edilib.
41 nəfər marşal rütbəsi daşıyanlardan 9 nəfəri milliyətcə ukraynalı olub və onlar sovet-alman müharibəsində alman faşizminə qarşı mübarizədə, SSRİ-nin müdafiəsində, qələbənin təmin edilməsində misilsiz xidmətlər göstəriblər. Bu gün isə onların vətəni, doğulub boya-başa çatdıqları Ukrayna vaxtilə müdafiəsinə qalxdıqları tərəfindən işğal təhlükəsindədir və nədənsə, bu gün həmin marşalların xidmətləri yada düşmür, xatırlanmır...
Kimdir həmin marşallar, hansı xidmətlərinə görə onlar bu ali rütbəyə sahib olublar?
Semyon Timoşenko 1895-ci ildə Odessada anadan olub. 1940-cı ildə SSRİ xalq müdafiə komissarı (müdafiə naziri) təyin edilib. Müharibə illərində Timoşenko Cənub, Cənub-qərb, Şimal-qərb cəbhəsinə komandanlıq edib. Marşal Timoşenko xidmətlərinə görə iki dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunub.
Qriqori Kulik 1890-cı ildə Poltavada anadan olub. 1939-cu ildə SSRİ xalq müdafiə komissarının müavini vəzifəsinə təyinat alıb. Müharibə illərində 54-cü və 4-cü ordunun komandiri vəzifəsində xidmət edib. Sovet-fin müharibəsindəki xidmətlərinə görə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunub. 1947-ci ildə Kulik “antisovet” fəaliyyətdə ittiham olunaraq həbs edilib və marşala güllənmə hökmü verilib. 1957-ci ildə Qriqori Kulikə tam bəraət (ölümündən sonra) verilib, marşal rütbəsi və təltifləri bərpa olunub.
Rodion Malinovski 1898-ci ildə Odessada anadan olub. Marşal 1957-ci ildən 1967-ci ilə qədər SSRİ-nin müdafiə naziri vəzifəsini tutub. Müharibə illərində Malinovski Odessa hərbi dairəsində, Cənub-qərb cəbhəsində, 2-ci orduda xidmət edib. Marşal iki dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif edilib.
Milliyətcə ukraynalı olan Andrey Qreçko 1903-cü ildə Rostovda anadan olub. Marşal Qreçko müharibə illərində 12-ci, 18-ci, 56-cı ordularda ən ağır cəbhə bölgələrində xidmət edib. O, 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olub. Qreçko iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Andrey Yeremenko 1892-ci ildə Xarkovda anadan olub. Marşal müharibə illərində Smolensk, Bryansk, Şimal-qərb, Cənub-qərb cəbhələrində xidmət edib. Moskvanın müdafiəsində xüsusi xidmətlər göstərib. Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunub.
Kiril Moskalenko 1902-ci ildə Donetskdə anadan olub. Müharibə illərində marşalın döyüş yolları Ukrayna cəbhələrindən, Kurskdan, Stalinqraddan keçib. Moskalenko müharibədən sonra strateji təyinatlı raket qoşunlarının komandanı, müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. O, iki dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunub.
Pavel Batitski 1910-cu ildə Xarkovda anadan olub. Müharibə illərində alman faşizminə qarşı mübarizədə ən ağır döyüş bölgələrində xidmət edən marşalın Berlin əməliyyatının hazırlanmasında və keçirilməsində xüsusi xidmətləri olub. Marşal Pavel Batitskinin adı SSRİ tarixinə təkcə peşəkar hərbçi, xüsusi xidmətləri olan hərbi məmur kimi düşməyib. O, həm də tarixə öz adını Beriyanı güllələyən marşal Batitski kimi yazıb. 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunduqdan sonra Pavel Batitski hökmün icrasının ona həvalə olunmasını xahiş edib. Batitski müharibədəki xidmətlərinə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb.
Pyotr Koşevoy 1904-cü ildə Xersonda anadan olub. Marşalın döyüş yolları Stalinqraddan Berlinə kimi uzanıb. Koşevoy hərbi xidmətdə fərqləndiyinə görə iki dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif edilib.
Və nəhayət Brejnev... 18 il SSRİ-yə rəhbərlik edən Leonid İliç marşal rütbəsini müharibədən çox-çox sonralar, 1976-cı ildə alıb. Brejnev müharibə illərində əsasən ordunun siyasi idarələrində xidmət edib. “Zampolit” vəzifəsini tutsa da Brejnev bir çox hərbi əməliyyatlarda ön xətdə döyüşüb. Hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olmasa da, Siyasi Büro üzvləri siyasi fəaliyyətinə görə Brejnevə marşal rütbəsini daşımağı haqq ediblər.
İlham Cəmiloğlu, Musavat.com