
Bu regional idarəyə Salyan rayonundan olan, həm Salyan, həm də Şirvan rayonlarında bu sahəyə rəhbərlik edən, 48 yaşlı, peşəkar rabitəçi olan Elxan Kərimov təyin edilib.
Cümə axşamı təqdimat mərasimi olub. Masallı Telekommunikasiya Qovşağının 2-ci mərtəbəsi regional idarənin sərəncamına verilib.
Sabiq müdir, Səməd Abıyev bu idarənin Masallı şöbəsinin müdiri təyin edilərək əvvəlki otağını tərk edib və hazırkı müavin Şəfahət Nemətovun otağına köçüb.
Bundan əvvəl isə Lənkəran-Astara zonası üzrə 6 rayonu birləşdirən regional təhsil idarəsi yaradılmışdı. (Maliyyələşdirmə idarələri də daxil).
Xatırladaq ki, hazırda Masallıda ətraf rayonlar – Cəlilabad və Yardımlı rayonları da daxil olmaqla Mədəniyyət, Meşə Təsərrüfatı, DSMF-nun və digər nazirliklərin regional idarələri fəaliyyət göstərir.
Yaxın vaxtlarda digər idarələrin də regionlaşması gözlənilir.
Cenub.az. Zahir Əmənov