Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri ləğv edilir


Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri ləğv edilir.

APA-nın əldə etdiyi xəbərə görə, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ərazi maliyyə hesablaşma mərkəzlərinin rəhbərlərinə tapşırılıb ki, mərkəzlərin ləğvi ilə əlaqədar mərkəzlərin rəhbərləri, onların müavinləri, müvafiq şəhər və rayon üzrə aparıcı məsləhətçilərindən ibarət işçi komissiyaları yaradılılmalı və 3 ay müddətində ləğvetmə prosesinin yekunlaşdırılması təmin edilməlidir.

Qeyd edilib ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir və həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10