Gürcüstan hökumət administrasiyası qarşısında hökumətin və hakim partiyanın Ukrayna ilə bağlı mövqeyinə etiraz olaraq aksiya keçirilir
“Qafqazinfo” gürcü mətbuatına istinadən xəbər verir ki, Ukraynaya dəstək aksiyası “Rus arzusuna cavab” adlanır.
Mitinqi müxalifət partiyaları təşkil edir.
Etirazçılar Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmayacağı barədə bəyanatına etiraz edirlər.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili fevralın 25-də kursantların anım mərasimində Gürcüstanın Ukraynada müharibənin başlamasına görə Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara qoşulmayacaq.