Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putinin planı: Zelenskini ələ keçirib onu...


Ukrayna xüsusi xidmət orqanları Putinin Ukrayna ilə bağlı planını əldə etdiklərini açıqlayıblar.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiyanın planı ilk mərhələdə 2 min desantla Kiyevin aerodromlarından birini ələ keçirib, ora 10 minlik qüvvə atmaq, şəhərin bir neçə yerində panika yaradan partlayışlar törətmək, beləliklə, şəhər əhalisinin kütləvi şəkildə qaçmağa çalışmasına nail olmaqdır. Bu, şəhərə giriş və çıxış yollarında tıxacların yaranmasına və Ukrayna hərbi qüvvələrinin hərəkət imkanlarının qarşısını almağa hesablanıb.

Sonrakı mərhələdə Ukrayna dövlət rəhbərliyini ələ keçirərək şantaj yolu ilə Rusiyanın bütün tələblərini qəbul etdiyinə dair sənədi imzalatdırmaq nəzərdə tutulur.

Bildirilir ki, hətta buna nail olmasalar belə, Ukraynanın rusiyapərəst bir yüksək rəsmisini dövlət rəhbəri elan etməklə sənədi ona imzalatdırmaq hədəflənir.

Qeyd olunur ki, Rusiya Ukraynanı iki hissəyə bölmək niyyətindədir: vaxtilə Almaniyanı böldüyü kimi. Şərqi və Qərbi Ukrayna olmaqla.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10