Son illər qalmaqallı hadisələrlə dillərə düşən Masallı Mərkəzi Xəstəxanasında son aylar rəhbər heyəti formalaşmağa başlayıb.
Xatırladaq ki, xəstəxananın baş həkimi Cəlil Nəzərov həbs olunandan sonra həmin vəzifə ərkivanlı Rasim Əzizova həvalə olunmuşdu. R. Əzizova qəribə oyunların qurbanına çevriləndən sonra bu vəzifə müəyyən qədər boş qaldı. Daha sonra rəhbərlik yeni kadrlarla formalaşmağa başladı.
Öncə əslən Lerik Rayonunda olan, tibb elmləri üzrə fəlsəfə doktoru Xanbaba Hüseynov xəstəxananın direktoru təyin olundu. Bu gün, 2022-ci il fevralın 24-də isə əslən Xıl kəndindən olan, bu təşkilatda şöbə müdiri işləyən Eşqin Əliyev xəstəxananın baş həkimi təyin edilib.
Bununla bağlı bu gün xəstəxanada təqdimat mərasimi keçirilib.
Eşqin Əliyev haqqında məlumatlar birmənalı olmasa da, hər halda ümidlə işlərin gedişatını izləyəcəyik. Görək xəstəxananın əbədi “yaraları” necə sağalacaq.
Cenub.az, Zahir Əmənov