Həm ana dilində, həm də rus dilində çox təsirli bir müraciət ünvanlayan Zelenski deyib ki, Ukrayna müharibə istəmir.
O, Donbas, Luqansk və digər ərazilərə hər hansı hərbi müdaxilə planının olmadığını, bu ərazilərin ona, bütün yaxınlarına doğma olduğunu söyləyib, ancaq əlavə edib ki, ölkəsi müdafiə olunacaq. Ukrayna lideri deyib ki, o, Rusiya prezidenti ilə telefon əlaqəsi yaratmağa cəhd edib, ancaq cəhdi uğursuz olub.
Rusiya telekanalları isə V.Zelenskinin müraciətini yaymaqdan imtina ediblər.