Prezident danışıqların yekununa dair mətbuat konfransında çıxış edib
Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə gələcək üçün böyük perspektivlər açır.
AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Bu sənəd çoxillik birgə işlərə yekun vurmaqla yanaşı, həm də gələcək üçün böyük perspektivlər açır. Biz siyasi əməkdaşlığı quracağıq, əvvəlki kimi beynəlxalq strukturlarda bir-birimizi dəstəkləyəcəyik, eləcə də qarşılıqlı ticarətin həcmini artıracağıq və gündəmdə olan bütün məsələləri həll edəcəyik”, - İlham Əliyev bildirib.