Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putinin üç dostu, beş bank… Britaniya sanksiya tətbiq etdi


Böyük Britaniya Rusiya Prezidentinə yaxınlığı ilə tanınan üç nəfər iş adamına, habelə həmin ölkənin beş bankına qarşı sanksiya tətbiq edib.

BBC-ə xəbər verir ki, bunu Baş nazir Boris Conson parlamentdəki nitqində bildirib.

Belə ki, rusiyalı iş adamları Gennadiy Timçenko, Boris və İqor Rotenberqlərin Böyük Britaniyadakı hər cür aktivləri dondurulur, ölkə ərazisinə girişlərinə də qadağa qoyulur. Həmçinin Böpyük Britaniyanın bütün şirkətləri və vətəndaşları həmin şəxslər, eləcə də sanksiya tətbiq edilən banklara hər cür əməkdaşlığa son qoyacaqlar.

Baş nazirin qeyd etdiyi kimi, bunlar hələ ilkin sanksiyalardır, lazım gəlsə Rusiyaya qarşı başqa məhdudlaşdırıcı tədbirlər də görülə bilər.

B.Conson bildirib ki, Avropa Rusiyanın Ukraynaya tammiqyaslı işğalçı hücumuna hazır olmalıdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10