Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı-Ərkivan yolunda qəzaya uğrayan maşında doğrudanmı heroin və silah olub?



elektriklə işləyən maşının sürücüsünün lənkəranlı Qalib Əliyev olduğu bildirilir

Cenub.az bildirirki bu gün, fevralın 20-də, təxminən saat 13-14 radələrində Masallı-Ərkivan yolunun 2-ci kilometrində, “Halal” və  “Cənub Market”  ticarət obyektlərrinin qarşısından keçən yolda Toyota Prius markalı, 99 OK 453 qeydiyyat nişanlı avtomobil idaretməni itirərək, yolun sol tərəfindəki  elektrik dirəyinə çırpılmışdır. 

Digər versiyaya görə sürücü yolda polis maşını göğrdüyündən çaşmış və  qəza törətmişdir. 

Hadisə nəticəsində, əslən lənkəranlı olduğu, eləcə də ad və soyadının Qalib Əliyev olduğu bildirilən, təxminən 35-40 yaşlı sürücünün qəzadan sonra yaxınlıqdakı taxıl sahəsinə qaçdığı deyilir. Sürücü heç bir xəsarərət almamışdır.  Sonradan polislər sürücünü yaxalaya biliblər.

Ətrafdakılarların bildirdiyinə görə, maşında  silah və heroin olub. Ətrafdakı polislərdən hər hansı məlumat ala bilmədik. Sadəcə bildirdilər ki, qəza törətmiş maşına yaxın dəqiqələrdə baxış keçirriləcək.

Qəza törətmiş sürücü isə yaxınlıqdan polis maşınında, polislərin nəzarəti altında arxa oturacaqda əyləşmişdi.


Qəzadan fotoloarla tanış ola bilərsiniz,

Cenub.az. Turan və Aydın












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10