Beyləqan rayon Mərkəzi Xəstəxanasının işdən çıxarılan baş həkimi Üzeyir Ramiz oğlu İskəndərov TƏBİB-i məhkəməyə verib.
Cenub.az lent.az-a istinadən xəbər verir ki, keçmiş baş həkimin məhkəməyə müraciət etməsinə səbəb yenidən işə bərpa olunması ilə bağlıdır.
Belə ki, əvvəlki işinə bərpa olunmaq istəyən Ü. İskəndərov bunun üçün TƏBİB-dən Nərimanov rayon Məhkəməsinə şikayət edib. Şikayətə hakim Solmaz Ədilova baxacaq.
Qeyd edək ki, mediada yayılan məlumata görə, Üzeyir İskəndərov 2021-ci ilin oktyabr ayında Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.