Bu gün Rus Dram Teatrının aktrisası, Xalq artisti Nataliya Tağıyevanın anım günüdür. Aktrisa haqqında maraqlı faktları təqdim edirik.
Nataliya Valeh qızı Tağıyeva 1954-cü il 24 dekabrda Rusiyanın Çelyabinsk vilayətində anadan olub. Anası rus, atası isə azərbaycanlı olan Nataliya gənclik illərindən sənətə, teatr və kinoya maraq göstərib.
***
1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Burada Rza Təhmasibdən, Elmira Şabanovadan, Cənnət Səlimovadan, İrina Perlovadan dərs alıb. Oranı 1982-ci ildə başa vurur. 1978-ci ildən isə S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisa kimi fəaliyyətə başlayır.
Xalq artisti Nataliya Tağıyeva
Aktrisa ilə eyni kursda təhsil alan Xalq artisti Məbud Məhərrmov kulis.az-a açıqlama verərək həmkarı və dostu ilə bağlı fikirlərini bölüşüb:
"O, çox səmimi, yumor hissi güclü olan insan idi. Qəti şəkildə intriqaları, söz-söhbəti sevməzdi. Nataliya ilə instituta bir qəbul olunmuşuq. Bizim üçün xüsusi olaraq “İdeal cütlük” adlı tamaşa hazırlanmışdı. Orada biz ikimiz iştirak edirdik. Hələ tələbəlik illərindən o, da, mən də yaxşı yamsılamağı bacarırdıq. Bizim ikimizin tandemi çox uğurlu alınırdı. Amma sonra təəssüf ki, o, çox vaxtsız dünyasını dəyişdi. O, mənim əsas tərəf müqabilim olub. İndi onsuz bir qanadla uçuram".
***
Aktrisa Ramiz Tağıyev adlı şəxslə ailə qurur. Bu evlilikdən onun Fərid adlı oğlu dünyaya gəlir. Zaman keçdikcə, Fərid böyüdükcə anasının yolunu davam etdirməyi qərara alır və aktyor olur. Bir müddət Rus Dram Teatrında işləsə də, sonradan Moskva şəhərinə köçür. Hal-hazırda Moskva şəhərində yaşayan və “Cənub Qərb” adlı teatrda aktyor kimi fəaliyyət göstərən Fərid rejissor Oqtay Mirqasımovun qızı, Xalq artisti Ayan Mirqasımova ilə ailəli olub. Lakin, bir müddət sonra onlar yollarını ayırıb. Onların bu evlilikdən Ceyran adlı bir qızları dünyaya gəlib. 21 yaşlı Ceyran Bakı Rəssamlıq Akademiyasının məzunudur.
Aktrisa oğlu Fəridlə
Nataliya xanım ilk dəfə səhnədə Rüstəm İbrahimbəyovun "Ultimatum" pyesində gəlin rolunda Bağırova soyadı ilə çıxış edib.
***
Azərbaycan aktrisası Nataliya Tağıyeva 1998-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti adına layiq görülüb.
***
Rus Dram Teatrında "Şeyx Sənan"da Xumar, "Lənkəran xanının vəziri"ində Ziba, “İdiot”da Nastasya Filippovna, “Qürub”da Dvoyra, “Azaliya”da, Azaliya, "İdeal cütlük"də Marianna kimi maraqlı obrazlar canlandırıb.
Aktrisa sənət dostu Xalq artisti Səfa Mirzəhəsənovla
Aktrisa “Azərbaycanfilm"in istehsalı olan “Onun bəlalı sevgisi”, “Cin Mikrorayonda”, “Aşkarsızlıq şəraitində...”, “Ailə”, “Etimad telefonu”, “Yumurta”, “Bəyaz həyat” adlı filmlərə çəkilib. Ancaq bu filmlər içərisində aktrisaya ən böyük uğuru yazıçı Bayram Bayramovun “Bəlalı sevgi” romanı əsasında ekranlaşdırılmış “Onun bəlalı sevgisi” filmindəki Şövkət obrazı gətirib.
***
Nataliya Tağıyeva adı çəkilən filmdə Barat Şəkinskaya, Hacıbaba Bağırov, Sona Mikayılova, Gümrah Rəhimov, Elxan Ağahüseynoğlu kimi peşəkar aktyorlarla tərəf müqabili olub.
"Onun bəlalı sevgisi" filmindən kadr
Filmdə Tələbə Bəhruz diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir.
***
Aktrisa uzun müddət “Kinoklub” verilişinin fəxri qonaqlarından olub, proqramda yaxın dostu və həmkarı Xalq artisti Məbud Məhərrəmovla maraqlı və gülməli səhnəciklərlə çıxış edib.
Məbud Məhərrəmov və Nataliya Tağıyeva
Nataliya Tağıyeva ömrünün ən gözəl çağında ağır xəstəliyə, xərçəngə tutulur. Uzun müddət müalicə alsa da, xəstəliklə bacara bilmir. Aktrisa tədricən ekranlardan və uzun illər fəaliyyət göstərdiyi teatrdan uzaqlaşır.
***
Məbud Məhərrəmov xatırlayır: O vaxt Nataliyanın xəstəliyi şiddətləndi. O, xəstəliyini bilirdi və əli hər yerdən üzülmüşdü. Xərçəng onun ağciyərini və bir böyrəyini zədələmişdi. Moskvadan bir onkolooq gəlmişdi. Mən Nataliyanın bütün analizlərini göstərdim. Həkim mənə dedi ki, təcili onu Moskvaya gətirin, onun bir böyrəyini götürəcəyik, bundan sonra iki il normal işləyəcək. Əməliyyat olunandan sonra Nataliya ilə iki il səhnəyə çıxdıq, hətta İsrailə qastrol səfərinə də getdik. Həkim necə demişdisə, elə də oldu. Ölümünə iki ay qalmış, çox üzüldü, yatağa düşdü. Onda mən tez-tez onun yanına gedirdim, onu ruhlandırmağa çalışırdım. Bir dəfə mənə dedi ki, "bəs sən mənə söz vermişdin ki, məni xilas edəcəksən, indi elə də, niyə eləmirsən?" Onun son arzusu əlbəttə ki, sağalmaq, xəstəlikdən xilas olmaq idi. Amma təəssüf ki, olmadı. Mən də bu haqda ona heç nə deyə bilmirdim. Çünki bilirdim ki, vəziyyəti çox ağır idi və son günlərini yaşayır.
***
Nataliya Tağıyeva 19 fevral 2005-ci ildə xərçəng xəstəliyindən Bakıdakı evində dünyasını dəyişib. Çəmbərəkənd məzarlığında dəfn edilib./kulis.az