Əzizlərim, canlarım, canınıza qıymayın. Bütün çətinliklərə baxmayaraq həyat gözəldir
Rusiyanın uzaq Murmansk vilayətində oxuyur və çalışıram. Özüm isə Masallının Yeddioymaq İnzibati Ərazi Dairəsinə daxil olan Qasımlı kəndindəm. Doğma yurddan gələn hər şad və bəd xəbəri diqqətlə işləyirəm. 20 yaşlı dostum, qohumum, həmkəndlim Hüseynov Müşfiqin intihar etdiyi, həyətdəki tövlədə özünü asması xəbəri məni çox sarsıtdı. Axı, sənin nə yaşın var idi ki, ömrün çiçək vaxtında, şirin-şəkər vaxtında ölümə qucaq açdın? Həm ata-ananın, həm bacı və qardaşının, həm dostlarının sinəsində dərin bir şırım açdın. Hələ də inanmıram. Allah sənə rəhmət etsin.
Əzizlərim, canlarım, canınıza qıymayın. Bütün çətinliklərə baxmayaraq həyat gözəldir.
Kaş ki, yaşadığım Rusiyanin uzaq məkanında Vətəndən həmişə xoş xəbərlər eşitmək ümidi ilə.
Mehdi Fəyyazlı