Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Özünü asan 41 yaşlı astaralı biləndə ki, adın 5 şirkət və 30 min manat vergi borcu var bu addımı atıb


O fırıldaqçıların qurbanı olub

Astara rayonun Toradi kənd sakini,  3 uşağ atası, 1981 –ci il təvəlüdlü Zaur Sovqatov fevralın 15-də  kənd  yolunda  ağacdan asılmış vəziyyətdə tapılıb. Əmisi İbad Sovqatovun dedyinə görə, qardaşı oğlu fırıldaqçıların qurbanı olub:

“Söz veriblər ki,  ona sosial yardım düzəldəcəglər. Adına hesab açdırıblar, ondan etibarnamə alıblar. Sonra bu ad altında  şirkətlər yaradıblar,  amma özünün xəbəri olmayıb. Problemlər də bundan yaranıb. 

Qazandığı pullar da yollara gedirdi. Yaşadığı Toradi dağ kəndidir, rayon mərkəzindn 20-25 kilometr uzaqda yerləşir. Yararlı torpaq da azdır. Sakinlər digər yerlərdə iş axtarırlar. O da kasıb  adamlardan biri olub. Bakı şəhərində fəhləlik edirdi.

Vergidən ona məktub gəlib ki, vergi borcun var. O vaxtı bilib ki, onun adına nə isə ediblər.”

Onun sözlərinə görə bu barəıdə müvafiq orqanlara müraciəti olub:

“Prezidentə, Daxili İşlər nazirliynə, Respublika prokurorluğuna bu barədə yazmışdı ki, onu aldadıblar. Demişdilər araşdırarıq. İki ay idi ki, işləyə bilmirdi. Bu məsələ ilə bağlı onu rayon mərkəzinə, Bakıya çağırırdılar. Ona görə işlə də məşqul ola bilmirdi. Bakıya getmişdi, ordan qayıdandan sonra isə özünə qəsd etdi.”

Adının çəkilməsini istəməyən bir kənd sakinin dediyinə görə, vaxtında məhrumun şikayətinə əhəmiyyət vermədikləri üçün intihar baş verib:

“Karyerdə fəhlə işləyirdi. Məhrumu çağırıb ona deyiblər ki, adına 5 şirkət, şirkətlərin də 30 min vergi borcu var. Xəzər TV bununla bağlı məlumatalar da yayıb. Orda Zaur Sovqatov bu məslələrə aydınlıq gətirib ki, kim onu aldadıb, necə aldadıb. Onun videosu sosial şəbəkələrdə var.”

Həmin videonu izləyicilərə təqdim edirik:

Zaur Sovqatovun əmisi İbad Sovqatov məhrumun yaxınlarının rayon prokurorluğuna çağırıldığını bildirlir.

Astara rayon prokurorluğunda faktla bağlı araşdırma gedir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10