Şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində Azərbaycan prezidenti Heydər Əliyevin ona necə kömək etməsi barədə danışıb.
Bu barədə görüntülər jurnalistin “Qordonun qonağı” Youtube kanalında yerləşdirilib.
“Heydər Əliyev mənə himayədarlıq edib. Bu, doğrudan da belədir. İlk dəfə o, məni və anamı 1979-cu ildə, Banja Lukada ilk böyük uğurumu qazandıqdan sonra qəbul etdi. Əliyev erməni-yəhudi qanından olan oğlanın Bakıda dəstək almasını çox vacib hesab edirdi.
Əliyevin 1979-cu ildən 1985-ci ilə qədər etdiyi bütün yardımlar qalxan kimi məni müdafiə edib.
Çünki sovet sistemi Rusiya çempionunu bakılı metisə (iki qarışıq millətin övladı) dəyişməkdə maraqlı deyildi.
Üstəlik, bir çox rəislər, hətta milliyyət məsələlərində “tolerant” olanlar belə hiss edirdilər ki, partiyanın sadiq əsgərindən fərqli olaraq Karpova etibar etmək olmaz. Və haqlı idilər. Yenə də sərbəst düşüncə ruhu qalib gəldi, “fərqli xəmir”dən hazırlandığım aydın oldu. Ona görə də Əliyevin köməyi vacib idi. Mənə hazırlıq üçün şərait yaradıldı”, – deyə o, qeyd edib. (Bizim.Media)