
Tədbiri giriş sözü ilə açan mədəniyyət müəssisəsinin direktoru Əli İsgəndərov Muzeyin yaradılması və zənginləşdirilməsində böyük xidmətləri olmuş Mirəziz Rəfiyevin həyat yolu və gördüyü böyük işlər haqqında geniş məruzə ilə çıxış edib.
Daha sonra Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev Mirəziz Rəfiyev barədə xatirələrindən söz açıb, Muzeyin yaradılmasındakı tarixi xidmətlərindən danışıb.
Həmçinin, elmi işçi Əlisəfa Əhmədoğlu, fond mühafizi Anar Baloğlanlı, Yardımlı rayon Mədəniyyət Mərkəzinin direktoru Nəvahi Abiyev, Yardımlı şəhər kitabxana filialının müdiri Eldəniz Həsənov çıxış edərək unudulmaz ziyalının xidmətlərini dilə gətiriblər.
Sonda Mirəziz Rəfiyevin nəvəsi Eldəniz Heydərov çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Tədbirin sonunda qonaqlar Muzeydə təşkil olunan "Mirəziz Rəfiyev - 100!" sərgisinə baxış keçiriblər.