Yardımlı RTŞ müdiri Manaf Səmədzadə respublikada özünü "ağır" aparan nadir müdirlərdən biri idi. RTŞ-nın səhifəsində adı və fotosu nadir hallarda görünərdi. “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdü və Təhsil İnstitutunun dissertantı olmuşdu. Olduqca mədəni və akademik düşüncəyə sahib, məddahlıqla və özünü gözə soxmaqla arası yox idi. Şəxsi və real vəziyyətə görə həmişə bu vəzifədən istefa verməyi düşünən bir psixologiyaya sahib idi və nəhayət bu günlərdə bunu reallaşdırdı. Heş şübhəiz ki, yeni yaranmaqda olan regional idarədə azı sektor müdiri kimi vəzifəsini davam etdirməyə ən şanslı insanlardan biri idi.
Artıq bağçaları idarə etməyə başlayan, RTŞ-nin səhifəsində hər paylaşmada dəfələrlə adını və fotosunu müxtəlif formalarda manşetə çıxaran və vəzifə üçün sinov gedən müdirlərdən fərqli olaraq nəhayət istefa vermək cürətini özündə tapdı...