AMEA prezidenti Ramiz Mehdiyev yenidən ölkənin ən çox müzakirə olunan personasına çevrilib. Son iki ildə qısa fasilələrlə sükutu pozmağa adətkərda olmuş qocaman akademik verdiyi bəyanatlarla bu dəfə siiyasi müzakirələrin episentrinə düşüb. Dövlət işində çalışdığı üçün heç vaxt siyasi fəaliyyətlə məşğul olmayan 83 yaşlı AMEA rəhbəri gənc siyasətçilərə xas olan diletant açıqlamaları ilə ictimai maraq kəsb edən bütün hadisələri arxa plana keçirməyi bacarıb.
pulsuz elanlarelan saytlarielanlarelan azelan yerləşdirməkelan yerləşdirelan yerlesdirmekkirayə evlərkirayə evlər 2021kirayə mənzillərkirayə mənzilkirayə ofislərkirayə müqaviləsikirayə evlər 2022kirayə obyektlərkirayə anbar
Yenisabah.az xatırladır ki, iki gün əvvəl taqətdən düşmüş titrək barmaqlarını havaya qaldıran sabiq PA rəhbəri radikal müxalifət təmsilçiləri üçün xarakterik olan leksikonla danışmaqla əleydarlarına müəyyən mesajlar verməyə çalışdı. Ramiz Mehdiyevin son bəyanatından təkcə onu "vurmaq" üçün pusquda dayanan rəqibləri deyil, Milli Məclisin bəzi deputatları da öz "nəsibini" aldı. O, "saxta deputat", "cib müxalifəti", "Milli Məclisin trolu" kimi ifadələr işlətməklə təkcə tənqidçilərini deyil, həm də onu tənqid etmək üçün növbə, yaxud işarə gözləyən adamlara da xəbərdarlıq etmiş oldu.
Mehdiyevin havaya qalxan qoca və titrək barmaqları kimi, yaxud kimləri qorxuda bilər? Uzun illər yüksək vəzifə tutduğunu və hələ də Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladan Mehdiyev hansı sirləri aça bilər? Onun əlində öz rəqiblərini qorxutmaq üçün yetərincə kompromat varmı?
Hakimiyyətin mətbəxinə yaxından bələd olan mənbə bizimlə söhbət zamanı AMEA prezidentinin ənənəvi "qorxutma" taktikasından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, Mehdiyev rəqiblərini susdurmaq üçün heç bir sirrə və kompromata sahib deyil. Mənbə deyib ki, Mehdiyevin əlində özünü qorumaq üçün hər hansı təssirli vasitə olsaydı, kürəkəni həbs ediləndə onu işə salardı. "Xüsusilə son iki ildə müxtəlif cinahlardan "vurulan", baş verən hadisələrin fonunda sürətlə nüfuzdan düşən, əvvəlki əzəmətini tamamilə itirən Ramiz Mehdiyev bütüün bunları əlacsız qaldığı üçün qəbul edib. Onun əlində hər hansı "silah" olsaydı, çoxdan atəş açardı", - deyə məlumatlı şəxs bildirib.
Mənbə bildiirb ki, qoca akademik hazırda siyasi demoqogiya ilə məşğuldur. Onun sözlərinə görə, Mehdiyevin məlum bəyanatında yer alan iddialar ictimaiyyətə çoxdan məlumdur və heç bir siyasi əhəmiyyət kəsb etmir. Müsahibimizin fikrincə, 2020-ci ildə keçiirlən sonuncu parlament seçkilərinin təşkilindən Ramiz Mehdiyevin ümumiyyətlə xəbəri olmayıb. Çünki həmin vaxt o, Prezident Administrasiyasından uzaqlaşdırılmışdı və ölkənin taleyilə bağlı siyasi qərarların qəbulunda iştirak etmirdi.
Həmsöhbətimiz Ramiz Mehdiyevlə bağlı başqa bir maraqlı məqamı da açıqlayıb. Qeyd edib ki, o, 23 oktyabr 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsə də, əslində, hakimiyyətdaxili qərarların qəbulundan 4-5 il əvvəl uzaqlaşdırılmışdı. Xüsusilə 2014-2015-ci illərdən sonra onun PA-dakı vəzifəsi simvolik xarakter daşıyıb. Ölkə rəhbərliyi qocaman akademikin bir gün könüllü şəkildə gedəcəyini düşünərək uzun müddət səbr edib. Amma o, heç bir halda vəzifəsindən əl çəkmək istəmədiyi üçün barəsində məlum sərəncam imzalanıb.
Sonda müşahidələrimizə əsaslanaarq deyə bilərik ki, ölkənin siyasi mühitində "dişsiz" kimi tanınan adamlar da bu gün Ramiz Mehdiyevə diş qıcıyırsa, deməli, onun əlində rəqiblərini susdurmaq üçün heç bir silah yoxdur. Əgər varsa belə o silah çoxdan pas tutub...