Birincisi, Aleksandr Qriqoryeviçin fikirləri çox səfeh fikirlərdir və gerçəkliyi əks etdirmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
Xatırladaq ki, bundan bir neçə gün öncə Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Solovyova verdiyi müsahibəsində Ermənistanın heç kimə lazım olmadığını və bu ölkənin getməyə yerinin qalmadığını bildirib.
Zərdüşt Əlizadənin sözlərinə görə, əgər Ermənistan heç kimə, xüsusən də Rusiyaya lazım deyilsə, onda Ermənistandan əlini götürsün:
“Çıxarsın ordusunu. Çıxarmır ki? Ordusunu saxlayıb orada, eləcə də, rus şirkətləri Ermənistanın əsas iqtisadi sahələrini nəzarətə götürüb. Elektrik, qaz, yol, dəmir yolu, bir sözlə, bütün sahələri. Əgər onlar heç kəsə lazım deyillərsə, rus şirkətləri orada nə edir?! Nə üçün Rusiya Ermənistanı KTMT-də saxlayır, Avrasiya İqtisadi İttifaqına (Aİİ) zorla dürtüb? Niyə? Çünki Ermənistan orada olması lazımdır. Ermənistan Rusiyaya da lazımdır, Qərbə də lazımdır. İndi hələlik Rusiya Ermənistanı nəzarətində saxlayır, amma Ermənistan əhalisi daha tədricən üzünü Qərbə tərəf çevirir”.
Z. Əlizadə əlavə edib:
“Lukaşenko deyəndə ki, Ermənistan heç kəsə lazım deyil, o, sadəcə bunu Moskvanın xoşuna gəlsin deyə edir. Çünki özü inişil baş tutan biabırçı seçkilərdən və seçki saxtakarlığından sonra xalqı tərəfindən qəbul edilmir. Onun yeganə dəstəyi və istinad nöqtəsi Moskvadır. Ona görə də, belə səfeh sözləri deyir.
O ki qaldı Ermənistan ictimai fikirinin buna çox qızğın münasibət bildirməsinə, bu, əsasən Ermənistan ictimaiyyətinin dayazlığı və kallığından irəli gəlir. Ümumiyyətlə, bədbaxt ermənilər özlərinin yerini, mövqeyini və gələcəyini düzgün qiymətləndirmirlər”.
Siyasi şərhçi əmindir ki, Ermənistan region üçün vacib ölkədir:
“Qonşuları üçün, Azərbaycan, Gürcüstan, İran, Türkiyə üçün vacib ölkədir. Bu barədə düşünməlidirlər. Ermənistan dünyanın böyük dövlətlərinə, eləcə də Qərb dövlətlərinə də lazımdır. Amma Rusiyanın vassalı kimi yox, müstəqil, demokratik, inkişaf edən, mədəni bir ölkə kimi hamıya lazımdır.
Moskvada, təbii ki, Aleksandr Qriqoyeviç kimi fikirləşən adamlar çoxdur. Bu, hər sahədə özünü büruzə verir. Amma əminəm ki, rus xalqının əksəriyyəti ermənilər və Ermənistan haqqında belə düşünmür. Sadəcə həmin siyasi sinfə mənsub olan adamların xoşuna gəlməsi üçün Aleksandr Lukaşenko bu cür mənasız fikirləri səsləndirir”.
Rafi MÜSLÜMOV