Bu gün, 2018-ci il yanvar ayının 30-da Masallı Rayonunun Ərkivan qəsəbəsi Abbaslı məhəllə sakini Yəhyayev Hacı Qurban Hacıağa oğlu uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat etmiş və bu gün Ərkivan qəsəbəsi Həsənəkücə qəbiristanlığında dəfn edilmişdir.
Qurban Yəhyayev uzun müddət Masallı Kommunal Təsərrüfatı idarəsinə və Ərkivan Poçtuna rəhbərlik edib. Onun qardaşı Səftər Əzimov və oğlu Saleh Yəhyayev uzun illər Moskva Polis idarəsində rəhbər vəzifələrdə çalışıb.
O, Masallının sabiq icra başçısı Teymur Yəhyayevin əmisi, tanınmış iş adamları Məşkur və Qasıməli Qasımov qardaşlarının dayısıdır.
Qurban Yəhyayevin vəfatından əvvəl etdiyi 4 vəsiyyət həm maraqla, həm də çox hörmətlə qarşılanıb. Onun vəsiyyətində övladlarından aşağıdakılar xahiş edilib:
-Hüzr məclisimi 3 gün edin;
-Hüzr məclisimdə pul yığmayın;
-Tabutumu maşınla aparın ki, camaata əziyyət olmasın;
-Baş daşımı babamın baş daşı kimi sadə, təmtəraqsız hazırlatdırın.
Onun vəsiyyətləri dediyi kimi icra edilir.
Allah rəhmət eləsin!