Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Səs yazısı və fotolar) Mərhəmətnamə-2. Hamıya “çirkin” olsam da, icra başçısına “göyçək” olaydım



Bir də Mərhəmət Lələyevin 8 masallılı Qazidən iş düzəltmək adı ilə aldığı 5 min 500 manat, Millət vəkili adından yalançı VOTSAP yaradıb və 3 min 500 manat almasına qədər

(Qazilərlələ bağlı səsin linki burada: )


Bəlkə deyəcəksiniz ki, Mərhəmət Lələyev nə böyük “fiqurdur” ki, ona bu böyüklükdə yazı həsr edirsiniz?

Tam doğru. Hələ 2 il öncə, millət vəkili Anar İsgəndərov haqqında yazdığım tənqidi məqalədə qeyd etmişdim ki, M. Lələyevdən ona görə tənqid yazmıram ki, o, tənqiddən də aşağıdır.

Lakin ortaya olduqca maraqlı və biabırçı məqamlar gəldi. 

1-ci.  Mərhəmət Lələyev artıq ikrah doğuran əməlləri ilə  tənqid “səviyyəsinə” yüksəlib.

2-ci. Masallı İcra hakimiyyətinin Başçısı Şahin Məmmədovun, bir blogerin dili ilə desək, Mərhəmətin “lələsinin”, eləcə də 1-ci müavin Məmmədhüseyn Hüseynovun ona sonsuz, bitib-tükənməyən məhəbbəti və bu məhəbbətin törətdiyi fəsadlardır.

Yəqin ki, dəlil-sübut istəyəcəksiniz?

Yazını diqqətlə və sonadək oxuyun – hər şeyi bilib və  təəccüblənəcəksiniz.

Mərhəmət Lələyev tərcümeyi-halında hansı saxtakarlıqlar edib

 İctimai Şuraya üzv seçilmək üçün İcra hakimiyyətinə saxtakarlıqla dolu bir xasiyyətnamə göndərib.

Bu sənəddə göstərilir ki, M. Lələyev 1997-ci ildə Hişkədərə kəndində anadan olub. 1 il sonra valideynlərinin yaşayış yerini dəyişməsi ilə bağlı Masallı şəhərinə köçüb və şəhər 3 saylı orta məktəbində  təhsil alıb.

Artıq rayonun “dələduzluq simvoluna” çevrilmiş  Mərhəmət Lələyev özü üçün xeyli üstünlüklər düzüb-qoşub. 

Guya, 2007-ci ildə rayonda keçirilən ingilis dili müsabiqəsində 1-ci yerə layiq görülüb və xüsusi diplomla, fəxri fərmanla təltif olunub. Amma… onun orta təhsili ilə bağlı atestatında Mərhəmət Lələyevin ingilis dilindən 3 aldığı qeyd olunub. 

Həmçinin onun tərcümeyi-halında 2014-cü ildə, 17 yaşında  YAP-a (Hansı ki, 18-yaşdan aşağı şəxslər partiyalara qəbul olunmur), 23 yaşında isə rayon Ağsaqqallar Şurasına və Ziyalılar Cəmiyyətinə üzv olduğu qeyd olunur.

M. Lələyev öz səhifəsində ali təhsil aldığını, İncəsənət  və Mədəniyyət Universitetini bitirdiyini göstərir. Lakin heç harada bu barədə dəlil-sübut yoxdur. Bir də polisə izahatında özü orta təhsilli olduğunu qeyd edir.  Yeri gəlmişkən, orta təhsilli adam Ziyalılar Cəmiyyətinə necə qəbul olunub?

M. Lələyev İctimai Şuraya necə  seçildi?

Çoxlarina bəlli olduğu kimi İctimai Şuraya üzvlər şəhərin “meri” Əbülfəz Nuriyevin rəhbərliyi altında “təşkil olundu”. Buna görə bəziləri bu qurumu “Əbülfəz Nuriyev adına İctimai Şura” adlandırır.

Necə olur ki, M. Lələyev Masallı şəhərində yaşadığı halda Hişkədərədə  “məhəllə komitəsinin” sədri seçilir. Hişkədərədə ən mötəbər və məlumatlı şəxslər hələ də bilmir ki, o, kənddə hansı məhəllənin sədridir?

Məhz belə saxta təqdimatlarla Şahin Məmmədovun sevimlisi olan Mərhəmət xeyir-duası ilə İctimai Şuraya üzv seçilir.

(Rayonda qeydiyyatda keçmiş 5 ictmai birlik, 1 fond olsa da, heç biri ora yaxın düşə bilmir).

M. Lələyev də İctimai Şura üzvlüyünü əldə bayraq edib, icra başçısına yaltaqlana-yaltaqlana onlarla saxtakarlığa imza atır.

Masallı İcra hakimiyyəti Şahin Məmmədovun xətrinə dəyər deyə, hətta haqqında cinayət işi, məhkəmə qərarı olsa da, onu aylarla Şura üzvlüyündən azad etmirdi.

Nəhayət, bizim onu kəskin tənqid edən yazımızdan sonra,   rüsvay olduqlarını görüb, 07 fevral 2022-ci ildə M. Lələyevi həmin şuranın üzvlüyündən azad ediblər. Həm də maraqlıdır ki, M. Lələyev bir xadiməyə gül verəndə bu barədə xəbəri manjetdə verir, lakin yarandığı gündən bir iclası, bir tədbiri olmayan bu şuranın M. Lələyevi hansı səbəbə həmin qurumdan azad etdiyi detallarla göstərilmir.

Redaksiyadan: Nədən, biz meşədə bir dostumuzla çörək kəsəndə Şahin müəllim bundan xəbər tutur, həmin şəxslərə xəbərdarlıq edir, bir daha mənimlə birgə olmalarını istəmədiyini bildirir. Amma  20 illik icra başçılıq təcrübəsi ilə  son 2 ildə Masallıda bu rüsvayçılıqları,  bu biabırçılıqları görmür?

Bəs Lələyevin daha hansı titulları var?

Bu vaxta qədər heç bir normal yazısı olamayan Mərhəmət Lələyev Gənc Jurnalist Müsabiqəsinin qalibi olur. Sonra bəlli olur ki, həmin müsabiqədə cəmi 1 nəfər iştirak edib – o da Mərhəmət.

Şəhər Xeyriyyə Cəmiyyətinin sədri

Hələ indiyə qədər bir kimsə eşitməyib ki, o, Masalli şəhərində kiməsə yardım edib. (Əksinə, yardım adı ilə neçə adamın pullarını çırpışdırıb)

Qarabağ Azadlıq Təşkilatının 

Masallı Rayon Şöbəsinin sədri

Heç vaxt hərbi xidmətdə olmayan, daim Qarabağ Qazilərini aldadıb pulunu yeyən şəxs necə Qarabağ Azadlıq Təşkilatının sədi ola bilər?

Yeni İctimai Nəzat Təşkilatının Masallı Rayon Şöbəsinin sədri

Bu da Mərhəmətin növbəti vəzifələrindən biri idi. Lakin heç 2 ay keçmədi ki, vəsiqə vermək adı ilə onu-bunu aldadıb pul aldığına görə, rəhbərliklə “bazarlıq” alınmadığı üçün qovuldu. Hələ də ona verdiklərini ala bilmirlər. Həmin təşkilatın Bakı ofisinin sədir, Masallının Göyəçöl kəndindən olan Ramin Şükürov isə 100.000 min manatlıq mənimsəmədə şübhəli bilinərək saxlanılıb. Link burada: “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın masallılı sədri həbs edildi

Mərhəmət  8 Qazidən 5 min 500 manatı necə qapazlayıb?

Deməli, Mərhəmət Lələyev  icra hakimiyyətindən dəstək alaraq öz dələduzluqlarının dairəsini gündən günə genişlənidirir. Adi fotoqrafdan tutmuş, iş adamlarına, məmurlara, millət vəkillərinə qədər hamıya girişir və atır. (Heyf ki, rayonun səlahiyyətli şəxsləri olduqca prinsipsizlik göstərək onun əməllərinə nəinki göz yumur, hətta dəstək verirdilər).  Onun sonuncu əl işlərindən biri isə Masallının 8 Qazisindən onlar üçün yüksək pensiya, yaxşı iş yeri düzəltmək adı ilə 5 min 500 manat çırpışdırmasıdır. Hazırda həmin 8 şəxs Masallı Rayon Polis Şöbəsinə və 102 xidmətinə rəsmi şikayətlər edib. Onun alıb-aldatdıqlarının şikayətləri isə gündən günə artır. (Amma, təəccüblü də olsa, hələ də onun “ölüsündən” də qorxanlar var.)

Millət vəkili Məşhur Məmmədovun adına yalançı VOTSAP  yaratması və 3 min 500 manat əhvalatı

Mərhət Lələyevin yaradıcılığı o qədər şaxələnir ki, 70 saylı Masallı seçki dairəsindən  millət vəkili seçilən şəxsin adından yalançı VOTSAP nömrəsi yaradır və guya onun əli ilə rayondakı Sənaye Məhəlləsində işə düzəldəcəyi adı ilə Mahmudavar sakinindən 3 min 500 manat alır. Ortada olduqca ciddi sübutlar və cinayət işi var və olay Masallı rayon polis şöbəsi və prokurluq orqanları bununla bağlı araşdırma aparır.


M. Lələyev haqqında məhkəmə qərarı

Səbəb də əvvəlkilərdən fərqlənmir. Quliyev Əlövsət Taleh oğlundan 3 min 500 manat alıb ki, səni DİN-in Yanğından Dövlət Mühafizə İdarəsinə işə düzəldəcəkmiş.

Azərbaycan Respublikası adından hökm. 

29 oktyabr 2021-ci il

… Masallı şəhərinin İ. Əsgərli küçəsində yaşayan, başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Lələyev Mərhəmət Ataxan oğlu… 178,1 maddəsi ilə  təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq…

… hökmdən seçmələr

…2 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilsin.

… yaşayış yerini hər gün 23.00-dan növbəti gün səhər 7.00-dək  tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq, ərazi hüdudlarını tərk etməmək və sairə.

… kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək.

Vaqonda yaşayan imkansızın

 durumu ilə alver

Bir il öncə Mərhəmət Masallı şəhərində,  Polis şöbəsinin yaxınlığında “vaqon evdə”, acınacaqlı vəziyyətdə yaşayan, 3 uşaq anasının evində çəkiliş aparır. Həmin evə 500 manat yardım üçün Türkiyədən soraq gəlir. Mərhəmət də kartın sürətini ona atır. Sonra M. Lələyevdən soraq çıxmır, video da silinir. İmkansız isə hələ də gözləyir.

Hacı Ramazan:- “Məndən  bir neçə min manat istədi ki, pul ver, haqqındakı yazıları silim və bütün mənbələri sənə deyim”

Hacı Ramazan Zeynalov əvvəlki şikayətindən əlavə bizə bildirdi ki, Mərhəmət Lələyev bu il yanvarın 30-u, 9-10 arası  yanıma gəlib dedi ki, polis mənə ondan-bundan pul alıb qaytarmadığım üçün cinayət işi açıb, mənə 5-10 min ver, işi qurtarım, əvəzində sənlə bağlı bütün yazıları da silim. Həm də nəinki mənbəni, mənbənin mənbəyini sənə deyim. (Hansı ki, bu işin ucu olduqca şübhəli ünvanlara çıxır). Mən də bu barədə Masallı prokurluğuna yazılı  şikayət etmişəm.

Redaksiyadan- Göründüyü kimi M. Lələyevin dələduzluğu ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Lakin bu, o qədər də təəccüblü deyil. Onun arxasında güclü bir “əl” olduğu açıq-aydın hiss edilir. Rayon rəhbərliyi də kartların açılacağından olduqca narahatdır.

Təəccüblü orasıdır ki, ərazilərdə siyahıya alma zamanı icra hakimiyyəti Kamçatkada yaşayan hansısa masallılının ünvanını öyrənə bilir,  2 ildən artıq  millət vəkilinin, qazinin, məmurun adı ilə kütəvi dələduzluq edən bu adamın əməllərini görə bilmir? İnanırsınızmı, Şahim Məmmədov kimi təcrübəli bir rəhbər bunu görməyə?  Ya, Mərhəmət və onun “kruqu” vətənpərvərlik libasına bürünüb,  rəqiblərə “dələduzların” düşərgəsindən "papaq" atır.

Amma, az da olsa reallıqları dərk edən adam bilir ki, bu işlərdə Mərhəmət heç nədir. Şahin Məmmədov belə açıq və digər qapalı trolları ilə həm Mərhəmət kimi gənclərin həyatını, həm də bugünkü gəncliyimizin ruhunu, sabahını zəhərləyir.

Bəs,  o,  hansı səbəbə icra başçısı Şahin Məmmədovun, onun 1-ci müavini Məmmədhüseyn Hüseynovun sevimlisinə çevrilib?

M. Lələyev  hər yerdə özünü Şahin Məmmədovun və M. Hüseynovun "1 saylı adamı" kimi təqdim edir. Guya rayona gələn bütün tənqidçi jurnalistləri o zərərsizləşdirib və başçı haqqında tərif yazmağa məcbur edir və sair.

Bunlar Lələyevdən və lələyevkimilərdən həm həmin rəqiblərini zərərsizləşdimək üçün, həm də özlərini mənasızcasına təriflətdirmək üçün alət kimi istifadə edirlər.

Bir qəzetdə 31 şəkli olan başçı

Siz Şahin müəllimin necə tərif xəstəsi olduğunu bilirsinizmi? Bilmirsinizsə, “Yeni Həyat” qəzetinin 11 dekab 2021-ci tarixli sayına baxın.  Qəzetin bu sayında hörmətli başçısımızın 31 (!!!) şəkli verilib. Adamın yadına lap Brejnevin şalvarınadək düzülən  ordenlər düşdü.

Şahin müəllim belələrinin arxasında, bu yalançı təriflərin  kölgəsində gizlənmək istəyir? Valah, ayıbdır e. Gör, kimlərə sığındın, gör, Masallı kimi yüksək əxlaqi dəyərləri olan rayonda “Dəvələri Eşşəklərin quyruğuna necə bağladın? “At”ların yerinə “eşşeklər”i oturdun"

Masallının 50-100 metrlik yollarına asfalt döşənsə də,  əsas küçələrində yollar yamaqdan “xana xanədir”. 

Yolun funksiyası nədir?

 Təbii ki, maşınlar orada rahat hərəkət etməsin. Bizdə isə yolun kənarları düzəlir, hasarlar düzəlir, dirəklərin böyrünə “kəpənək işıqlar” asılır, amma və lakin yolların özü bərbadlıqdan xilas olmur, çala-çuxurlar göz deşir.

Kadr siyasəti daha da cılızlaşır

Şahin Məmmədov Masallıya rəhbər gələndən kadr  məsələlərində  uğursuz siyasət sərgiləyir. Çox yox, hələlik 1 məlumatı deyək. Təsəvvür edin ki,  doğma kəndində dayısının ailəsi ilə biabırçılıq yaşayaıb, doğma kəndindən qovulan şəxs, günbəgün yeni vəzifələrə yüksəlir. Qeyri -peşkarlar, ləkəli keçmişi olanlar,  xəbərçiliyi, dost-tanışı “baqaja” qoymasını həyat amalın çevirənlər, hər cür təhqirə dözənlərə yüksək postlar etibar edildi.

Şahin Məmmədov tabeliyində olan işçilərə açıq-aşkar zülm verir 

Ərazi nümayəndələrinin nəinki əmək hüquqları pozulur, lazımsız işlərlə o qədər yüklənir ki,  onlar həftəlik təmizliyə belə getməyə vaxt tapmır, gecələr otaqlarında yata-yata işləyirlər. Hələ kiçik məmurları bir yana, hətta müavinlərin, şöbə müdirlərin təhqir olunması, aşağılamalarını demirik.

Şahin müəllimin mətbuat haqqında baxışları da olduqca primitiv və arzu olunan deyil

Tədbirlərdə heç kimə danışmağa imkan vermir.  Sanki bir aktyorun teatrıdır. Hətta bəzi şöbə müdirlərinə də iclasda söz deməyə şərait yaratmır. Mən də bir dəfə onların ZOOM görüşünə dəvət olundum. Sual verdiyim üçün mən bir daha belə tədbirlərə çağırmadılar. Bunlar belə “cəsarətin” sahibidirlər.

 “Ləyaqət bazarda satılmır”. Olsa idi,  sözsüz Mərhəmət,  ona bənzərlər və hətta bəzi məmurlar  üçün də “alardılar”.

 İcra başçısının tez-tez işlətdiyi deyimlərdən  biri “Ləyaqət bazardan alınmır” ifadəsidir. Adam başa düşə bilmir, Mərhəmət Lələyev kimiləri himayə edənlər, məişət pozğunlarına, mənəviyyatı sıfıra bərabər olanlara vəzifə verənlər, “sutnyorları”, “maşşinnikləri”  müdafiə edən rəhbərin bu ifadəni işlətməyə haqqı çatırmı?

Sirr deyil ki, alicənab insanların düşmənçiliyi də ağayana olur. Təəssüf ki, bu Masallıda hiss olunmur.

Son olaylarda, çox maskalar yırtıldı. Yaxın günlərdə daha böyük maskalar yırtılacaq. Əslində Mərhəmət məsələsi çox çirkabları üzə çıxartdı və çıxardacaq. Özü bir yana, himayədarı olan icranın məsul işçilərinin  hansı cılız, nimdaş,  miskin “dünyanın” təmsilçiləri olduğunu nümayiş etdirdi.

Mərhəmət Lələyevin “kruqunda” olan İctimai Şura, Yeni İctimai Nəzarət, Xeyriyyə Cəmiyyəti, Ağsaqqallar, ziyalılar və digər şuralarda olanların biri də onun müdafiəsinə qalxmadı. Hətta bəzisi onun üzünə durmağa hazırlaşır.

Biz, bir səhv buraxanda özünü “lezvalayanlar”  bu qədər zırıltının önündə elə lal oldular ki,  təzədən dil açmaları üçün zaman lazım olacaq. Buyurun, ortaya mövqe qoyun- ya etiraf edin ki, illərdir bunu qoltuğunda niyə gizlənmişdiniz?,  ya da…

Hələ də bəziləri elə bilir ki,  xöşbəxtliyə yol rəhbərlərin, səlahiyyiyətlərin sağından girib, solundan çıxmaqdır.

Hacı Ramazanın cəsarətli addımları olmasa idi, çoxlu məmurların prinsipsizliyi, qorxaqlığı  üzündən   əksər biabırçılıqlar açılmamış qalacaqdı.

Amma bəzi “ekspertlər” hesab edir ki,  yaxın günlərdə həbs olunacağ gözlənilən Mərhəmət Lələyevi zindanda “maraqlı” sürpirizlər gözləyir.

 Amma bəziləri də elə hesab edir ki, Lələyev üçün zindandə  də münasib “iş olacaq”—kimini “amnistiyaya salacaq”, kiminin “cəzasını yüngülləşdirəcək”,  kimi üçün dəllallıq, kimi üçün trolluq edəcək… Hətta “türmədəki dələduzların Müdafiə Komitəsini” də təşkil edə bilər.  Lo-şivən onun arxasında gizlənənlərindir e.

Eh,  yazıq mərhəməttlər və mərhəmtçiklər. Teatrda dovşan, pişik, çaqqal rolu oynayanda necə də xöşbəxt idin. Düşdünu “qurdlar vadisinə” və pələnglərə yem oldun. Bir iki aydan sonra kimdi yada salan ki, hansı mərhəmət var idi, hansı rəhbərin qoltuğunda.

Rayonumuzda isə vəziyyəti münbit görüb,  yeni “mərhəmtlər” yetişir. Biri yazır, o biri imza qoyur, bu biri dəstək verir. Görürlər ki, asan  çörək qazanmağın yolu riyakarlıqdan və yaltaqlıqdan keçir. Necə deyərlər, olmasaydı cahanda tərif xəstələri, olmazdı belə mərhəmətlər.

Məsləhət- Bəzi oyuncaq jurnalistləi ilə şəkil, film çəkdirəndə olduqca ehtiyatlı olun. Bu şəkillər sabah sizin üçün toppuz, rüsvayçılıq pəncərəsi ola bilər.

Sonda,  bloger  Çingiz Cabbarovun FB=də  paylaşdığı  “Masallinin icra başçısı Şahin Məmmədov! Doğrudanmı, bu qədər acizsən ki, Mərhəmət Lələyevin “mərhəmətinə” qalmısan?” – statusunu təqdim edirik. (yazının linki burada: Doğrudanmı, bu qədər acizsən ki, Mərhəmətin “mərhəmətinə” qalmısan?). 

Ancaq  Allah  tərəfi deyim ki, Mərhəmət bu alayarımçıq təhsillə bu qədər rəhbəri,  bu qədəri təşkilatı, Icra başçısından qaziyə qədər şəxsləri… allada, fırlada bilibsə, ona haladır,  necə deyərlər, “kişi adamdır”. Təcrübəsi öyrənilməlidir. Mərhəmətə azadlıq!

(Bağışlayın ki, yazı olduqca uzun çıxdığı üçün bir çox məlumatları gələcəyə saxladıq -red)

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10