Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onlar həbsdədir, yoxsa istirahət mərkəzində?


Azərbaycanda korrupsiya ittihamı ilə həbs edilən icra başçılarının dördü hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir.

“Yeni Sabah” xəbər verir ki, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov, İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev, Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyev və Cəlilabad rayonunun keçmiş icra başçısı Namiq Zeynalov cəza müddətlərini Müalicə Müəssisəsində çəkməkdədirlər. Onlar müxtəlif xəstəliklərlə müəssisəyə yerləşdiriliblər.

Mediada Pentensiar Xidmətin Müalicə Müəssisəninin əslində istirahət mərkəzi kimi fəaliyyət göstərməsi haqda dəfələrlə məlumatlar yayılıb. Bildirilir ki, həbs edilən məmurların da bu müəssisəyə köç etməsinin başlıca səbəbi bu istirahət xidmətindən yararlanmaqdır. Keçmiş icra başçılarının hansı müddətə burada qalacaqları, cəzaçəkmə müəssisəsinə qayıdıb qayıtmayacaqları bəlli deyil.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10