Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Kişiləşən qadınlar“: Onlar niyə atalarının qızı olmaq istəmirlər?


Qadınlar arasında "oğlu" sonluqlu kişi soyadı daşıyanların sayı artmaqdadır. Bu “trend”ə qoşulanlar arasında tanınmış ictimai xadimlər, siyasi partiya üzvləri də var.

Buna səbəb nədir, qadınlarımız niyə “qızı” sözünü “oğlu” ilə əvəz edirlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan professor Qulu Məhərrəmli bu tendesiyanı müsbət sayır:

“Bu işdə qadın hüququnu pozan, ümumiyyətlə, qadın adına nəsə aşağılıq gətirən heç nə yoxdur. O cür yanaşmaları doğru hesab etmirəm. Bu soyaddır, ola bilər. Türkiyədə də belədir. Buna normal yanaşıram”.

Onun sözlərinə görə, "-ov", "-ova", "-yev, -yeva"dan rus sonluğu olduğu üçün onlardan tam imtina edilməlidir:

“Əsas odur ki, rus sonluqlarından xilas olaq. Bilək ki, soyadın sonluğu millidir. Bu milli kodlaşdırmanın elementlərdən biridir və onun yayılmasına normal baxmalıyıq. Məncə, insanlar bu məsələyə çox dözümlü və soyuqqanlı yanaşmalıdır”.

Əsmətxanım





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10