03 yanvar 2022-ci ildə Masallı Rayonunun Ərkivan Qəsəbə sakini Cəbiyev Qalib Eynulla oğlunun itkin düşməsi haqqında məlumat yayılmışdı. Bu gün, 03 fevral 2022-ci ildə bəlli olub ki, Qalib Cəbiyev itkin düşməyib öldürülüb. Qalibin ailəsinin verdiyi qəribə ifadələr polisləri şübhələndirib. Ən çox maraq doğuran o olub ki, Qalib Bakiya iş dalınca gedibsə, niyə təzə paltarları, təzə ayaqqabısı evdə qaldığı halda, səfərə köhnə iş paltarında gedib? Onu da xatırladaq ki, Qalib Cəbiyev Masallı Qaz İstismarı idarəsində işləyirdi.
Axtarış-əməliyyaat tədbirləri nəticəsində isə məlum olub ki, Qalib Cəbiyev ailə münaqişəsi zəmnində qardaşı, 1983-ci il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən küt alətlə vurularaq öldürülüb və onların ata həyətində basdırılıb.
Bu gün polislər tərəfindən Qalibin meyiti ekskovatorla çıxarılaraq Masallı Mərkəzi xəstəxanasına aparılıb və sonra da dəfn olunmaq üçün Ərkivana göndərilib.
Qalibin qardaşı Seyfulla Cəbiyev isə şübhəli şəxs kimi saxlanılıb. Onun özünə ciddi xəsarət yetirdiyi də bildirilir.
Cenub.az. Zahir Əmənov