Bu gün, yanvarın 24-də Masallı rayonunun Muğan zonasında-Qarğalıq və Hacıtəpə kəndlərindəki məscidlərdə oğurluq olunub.
Oğurluq gündüz saatlarında baş verib. Yerli sakinlər deyir ki, bu qutularda yığılan nəzirlər 2-3 aydan bir, bəzən də də ildə bir dəfə onlarla insanın iştirakı ilə açılır və toplanan pullar imkansızlara paylanır. Qarğalıq məscidindəki nəzir qutusu sonuncu dəfə məhərrəmlik ayında açılıb.
Hacıtəpədə nəzir qutusunun səhər namazından sonra oğurlandığı ehtimal olunur.
Onu da bildirilir ki, bu nəzir qutularında ən yaxşı halda 20-30-50 manata yaxın pul olur.
Nəzir qutularının dəmir alətlə sınıdırılaraq açıldığı bildirilir.
Hazırda Masallı Polis Şöbəsi araşdırma aparır.