Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 24 kilometrlik yolun təmirinə-asfaltlanmasına başlanıldı



Bu günlərdə Masallı rayonunda 24 kilometrlik yola asfalt döşənəcəyi barədə xəbər vermişdik.
Bu gündən, həmin vəd reallaşmağa başlayır.




Belə ki, 2017-ci ilin 23 yanvarından Seybətin döngəsindən başlayaraq Seybətin-Səmidxan-Alışanlı- Xallıcallı-Qarğalıq-Eminli- Məmmədxanlı-Həsənli körpüsü xətti ilə 17,2 kilometrlik yolun çəkilişinə başlanılmışdır. Hazırda yolda hamarlama işləri görülür. Hamarlama və asfaltama işlərinin 2 ay müddətinə başa çatdırılması planlaşdırılır.

Bu yolda təmir işləri qurtardıqdan sonra Şatıroba-Türkoba - Hişkədərə- Miyankü- Kubin yolunda 7 kilometr məsafədə hamarlama və asfatlama işlərinə başlanılacaqdır.

Bütün bu təmir işlərinin bu ilin aprel ayında başa çatdırılacağı nəzərdə tutulmuşdur.


Fidan





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10