Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada bir kasıbçı­lıq simvolu olan ailə


10 nəfərdən biri belə işləmir

Astara rayon sakini Bibixanım Əliyeva yoxsulluqdan və işsizlikdən əziyyət çəkdiklərini bildirir. Onun müraciəti əsasında İranla sərhəddə yerləşən Suparibağ kəndində olduq. Onunla və ailə üzvləri ilə evlərində görüşdük. Bibixanım əl ağacı ilə gəzir. O, qarşılaşdıqları problemlərdən danışır:

“Ərim Ağarəhim Əliyev xəsətliyə görə 260 manat pensiya alır. Gəlinim, baldızım, oğlanlarm, nəvlərim hamı bir yerdə 10 nəfərdir. Hamımız bu pensiyaya baxırıq. 10 nəfərin içində bir nəfərin də olsun daimi işi yeri yoxdur. Hər ev 100 manatdan çox qaz pulu borcludur. Oğlumun işıq pulunu mən verirəm. Nəvələr evdə olmayanda qazı söndürürük. Oğlum qaz yandıra bilmir. Ödəməyə pulu yoxdur.”

O, pay torpaqlarında qazanc əldə edə bilmədiklərini dilə gətirir. Deyir ki, torpağı becərmək üçün əllərində vəsaitləri yoxdur:

“Biz iş istəyirik. Bununla bağlı Məşğulluq Şöbəsinə getdim, dedilər ki ,iş yoxdur. Bizdə 5 nəfər əmək qabiliyyətli ailə üzvü var. Onlar nə etsin? Bilirəm ki, bəhanə gətirirlər. Ayağım şikəstdir. Əl ağacı ilə nə qədər bu idarələri gəzim? Pul istəmirik, var dövlət istəmirik, iş istəyirik, fəhləlik istəyirik. Oğlumun iki uşağı var. Evdə çörək olmayanda ağlayır.”

Bibixanım Əliyevanın böyük oğlu Həsən Əliyev söhbətə qoşulur. Əlini,ayağını göstərir:

“Mən yaxşı qidalansam belə arıq olmaram. Sümüklərim görünür. Balalarım da bu gündə. Məşğuluq şöbəsinə işlə bağlı müraciət etmişdim. Deyirlər ki, mal-qara verəcəklər. Gözləyirik, yoxdur. 200 manat qaz pulu gəlib, mağazaya 400 manat borcum var. Mağazanın qarşısından keçə bilmirəm. Hər gün xəbər göndərir. Hardan gətirim? Bu ölkədə fəhləlik yoxdur?

Mən 4 baş ailəyəm, ailə başçısıyam, gərək işləyəm, evə çörək aparam. Apara bilmirəm. Evbəev gəzib iş axtarıram.”

Onun bildirdiyinə görə kəndə yaxın ərazilərdə iş yerləri var. Ancaq kənd sakinlərini oralara işə götürmürlər:

“Bizim kənd İranla sərhəddə yerləşir. İr­ana dəmir yolu çəkdi­lər. İndi də körpü tikəcəklər, yol salac­aqlar. Bizə orda iş vermirlər. Fəhlələri də özləri ilə gətir­irlər .Getmişdim ora, dedilər iş yoxdur. Rayonda gedən tikin­tilərin hamsında işl­əyənlər kənardan gət­irirlər .

Qonşum var Murad Əli­yev, həm qohumdur, o, da mən gündədir. Xəstədir, sudurğa onu tutur. Anası ilə ya­şayır, ikisi də işsi­z. Məəttəl qalırsan ki,onlar necə yaşayı­r. Valideyin pay tor­pağını övladlar aras­ında bölüb, hərəsinə 10 sot çatmır. Orda qızıl də əksən qaza­nc olmayacaq.”

Ailənin kiçik üzvü, 14 yaşlı Musa Əliyev ev işlərində valide­yinlərinə kömək etdi­yini deyir:

“8-ci sinifdə oxuyur­am.Yaxşı oxuyuram. Valideyinlərim çətinl­iklə də olsa məktəb ləvazimatlarımı qayd­aya salırlar. Deyirl­ər ki, sən də bizim kimi bədbəxt olma, oxu. Əlbət də validey­nlərim işləsələr yax­şı olardı. Valideyin­in işi olmayan şagir­də yaxşı baxmırlar. Dəftər, kitab olmaya­nda başqalarından al­ıb oxuyuram. Ev təsə­rrüfatında valideynl­ərimə kömək edirəm.”

Astara Rayon İcra Ha­kimiyyəti başçısının Suparibağ kənd inzi­bati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev də Əliyevl­ər ailəsinin problem­lərin olduğunu bildi­rdi:

“Ailələrini tanıyıra­m. Həsən Əliyevin At­ası əlildir, anası əl ağacı ilə gəzir. O da xəstədir. Ancaq pensiya almır. İki uşağı var. Həyətdə bir koması var, orda yaşayır. Kasıb ailə­lərdir. Həmişə onlara yardım edilir. Son illərdə bizdən yard­ımları götürüb verib­lər sosial xidmətlər­ə. Yeni ildə, qurban bayarmında ona yadım edilir. Həsən Əliy­evi təxminən iki il bundan əvvəl məşğu­lluq idarəsinə göndə­rmişdim ki, növbəyə götürsünlər, iş ve­rsinlər.”


Əmək və Əhalinin Sos­ial Müdafiəsi nazirl­iyinin 15 saylı Ərazi Məşğulluq mərkəzi filialınınn Astara rayon şöbəsində bunla­rı bildirdilər:

“Biz vətəndaşın məlu­matını verə bilmərik .Özü gəlib ala bilə­r. Astara rayonunda 170 nəfərə özünəmə­şğulluq çərçivəsində xidmətlər göstərilə­cək .Vətəndaşın adı orda varsa ona da xi­dmət ediləcək. “

15 saylı Ərazi Məşğu­lluq mərkəzi filialı­nın Astara rayon şöb­əsindən Həsən Əliyevə təqdim edilmiş “Müraciət vərəqəsi”in­də qeyd edilib ki, ”İşaxtaran kimi qeydi­yyata alınmısınız. Vakansiya bankından münasib vakansiyalara müracət edə bilərsi­niz. 1 iş günü ərzin­də özünüzə uyğun mün­asib işi seçərək təs­diq etməyiniz təklif olunur. Əks halda 5 iş günü ərzində sizə uyğun iş seçilərək təqdim ollunacaq.”

Həsən Əliyev işsiz kimi bir ildir ki ,qe­ydə alınıb. Bu günə qədər ona iş təqdim edilməyib.

Rəsmi mənəblərdə Ast­ara rayonunda 28385 nəfər işaxtaran, 3528 nəfər işsiz qeydə alınıb. İşlə 1181 nə­fər işlə təmin olu­nub.

İçtimai fəal Asən Hə­şimli rayonda işsizl­ərin sayının çox old­uğunu deyir:

“Görün nə günə qalmı­şıq ki, insanlar xad­imə işləmək üçün pre­zidentə, vitse prezi­dentə müraciət edirl­ər. İşsizlər qat-qat çoxdur. Hətta rəsmi rəqəmlər belə həyac­an doğurur. Astara rayonunda 100 mindən şox əhali yaşayır. Rəsmi rəqəmlərə görə onun 25-30 faizi işs­izdir. Yəne daimi çö­rəkləri yoxdur. Son illərdə rayonda bir dənə də olsun istehs­al sahəsi açılmayıb. İş yeri haradan ols­un? Çay fabrikləri var, mövsümdə işləyir. Əhalinin az bir hi­ssəsi əkin-biçin edir O da mövsümüdür. Yay əkinçidirlər, qış dilənçi.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10