Həmin vilayətin “Delo qoda 21” televiziyasının Hikmət Məmmədov haqqında hazırlanmış geniş verilişi “Cənub xəbərtv” kanalı tərcümə və kanalımızın əlavəsi ilə sizə təqdim edir. (Link burada:)
Verilişə “Cənub xəbərtv”-nin ön sözü
Xatırladaq ki, Rusiya Federasiyasının Yəhidi Muxtar Vilayətində xarüqələr yaradan Hikmət Məmmədov haqqında “Cənub xəbərtv”qəzeti hələ 6 il öncə “Briobicanlı ərkivanlı” adlı yazə çap etmişdi.
Çoxlarına bəlli olduğu kimi Masallının onlarla övladı ölkəmizdən kənarda böyük uğurlara imza atır. Onlardan biri də Masallı rayonunun Ərkivan qəsəbəsinin Zeynoba məhəlləsində boya-başa çatmış, ilk təhsilini doğma qəsəbədə almış, Hikmət Məmmədovdur. O, 27 ildir ki, Rusiya Federasiyasının Yəhudi Muxtar Vilayətində yaşayır və işləyir.
Burada Hikmətin gərgin əməyi nəticəsində böyük kolbasa istehsalı şəbəkəsi yaranıb. Onun rəhbərlik etdiyi təşkilatın muxtar vilayətdə 40 min kvadrat.metr sahəni əhatə edən mağazalar şəbəkəsi var.
Hikmət Məmmədovun bu vilayətin ictimai-siyasi həyatında da fəal iştirak edir. Böyük xeyriyyəçilik işlərinə dəstək olur, müxtəlif fondlara yardımlar göstərir.
Qısası, o, bu vilayətin bugünki həyatına unudulmaz bir rəng qatır. Hazırda Hikmət Məmmədov bu şəhərdə əhalinin rahatlığı üçün yeni avtovağəzalın inşasına başlamaq üzrədir.
Onun yaratdığı istehsal sahələri 1200-dən artıq insanın yeni iş yerləri tapmasına, əhalinin daha ucuz, daha keyfiyyətli mallarla təmin olunmasına şərait yaradır.
Hikmət Məmmədov həm də son illərdə rəhbərlik etdiyi sahəni genişləndirərək digər vilayətlərdə də iş yerləri yaratmaq niyyətindədir.
Onu da xatırladaq ki, Hikmət Məmmədovun xidmətləri layiqincə qiymətləndirilir. Belə ki, H. Məmmədov 3 dəfə ardıcıl olaraq vilayətin qanuniverici orqanına deputat seçilib.
Ötən il Vladimir Putinin sərəncamı ilə 2-ci dərəcəli Vətən Uğrunda ordeni ilə təltif olunub. Onlarla Beynəlxa Sərginin mükafatçısı olub.
Hikmət Məmmədov boya-başa çatdığı yurdu da unutmur;
-Təhsil aldığı Həsənəküçə tam orta məktəbinə daimi yardımlar edir.
- Anadan olduğu Zeynoba məhəlləsinin qayğıya ehtiyacı olan insanlarına hər ay diqqət göstərir bəzi xəstələrin müalicəsinə yardımçı olur.
-Məhəllədəki məscidi təmir etdirib, MƏRASİM EVİ tikdirib, yolların təmirinə, işıqlandırılmasına köməyini əsirgəməyib.
- Mədəniyyətimizə, tariximizə aid bəzi kitabların nəşrinə yardımçı olub.
2 oğlu və 1 qızı var. Oğlanlar onun işini davam etdirmək arzusundadır, qızı isə hələ məktəblidir.
Bu günlərdə vilayet televiziyası hikmətin fəaliyyəti ilə bağlı 12 dəqiqəlik süjet hazırlayıb. Həmin süjeti tərcümə ilə birlikdə sizə təqdim edirik.
Hikmət Məmmədov haqqında vilayət televiziyasın yayımlanan verilin tərcüməsi.
(Tərcümə Ramiz Yəhyayevə məxsusdur)
40 min kvadrat metr ticarət sahəsi.
İldə 10 min tondan çox hazır kolbasa məhsu..
Eyni zamanda 150 tona qədər hazır məhsulun, 1000 tona yaxın xam malın dondurucu kameralarda saxlanılma imkanları təşkil edib.
“ Birasiti” və “Topsiti”- iki yeni Ticarət Mərkəzi şübhəsiz şəhərin yaraşığıdır.
Çox güman ki, Siz söhbətin Uzaq Şərqdə kolbasa və delikates məmulatlarının istehsalı sahəsində liderlərin üçlüyünə daxil olan, genişlənməyi və əməkdaşların ştatını artırmağı planlaşdıran “Brider” Ticarət Evi haqqında getdiyini duydunuz.
Məlum olduğu kimi, müəssisənin həyatını savadlı, öz işini daimi inkişaf yolu ilə aparan mahir sərkərdəsiz təsəvvür etmək mümkün deyil. “Brider” Ticarət Evinin yaradıcısı Hikmət Əliheydər oğlu Məmmədov da belə insandır.
Xatırladaq ki, Hikmət orta məktəbi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində bitirərək, sonradan Moskvada buldozer maşinisti peşəsinə yiyələndi, Uzaq Şərqdə Orduda xidmət edəndən sonra, 1992-ci ildə Süd-Ət məhsulları instituta qəbul olunub. Məhz Moskvada öz ilk işini qurmuş, qrup yoldaşları ilə Uzaq Şərqdə ərzağın topdan satışını təşkil etmişdir.
Hikmət Məmmədov:
-O zamanlar Birobicanda mənim böyük qardaşım yaşayırdı. Və təbii ki, bizim qarşılıqlı əlaqələrimiz var idi. Ondan tez-tez soruşurdum ki, Birobicanda nə çatmır, Moskvadan ora nə göndərmək lazımdır? Beləliklə biz vəziyyəti dəyərləndirib 1995-ci ildə Moskva ilə Birobican arasında yaxşı iş qurduq, Təbii ki, qardaşımgilə tez-tez qonaq gəlirdim və şəhər də mənim çox xoşuma gəlirdi.
Şəhər o qədər xoşuna gəlir ki, 1995-ci ildə Hikmət Əliheydər oğlu Birobicana köçür və Dimitrov-19 ünvanında yerləşən kiçik mağazada ərzağın topdan satışına dair birgə işini davam etdirir.
İşin gedişində Məmmədov qardaşları parakəndə satışın topdan satışdan fərqli olaraq, daha çox gəlir gətirdiyini müşahidə edir. Beləliklə, gələcəkdə böyük Ticarət şəbəkəsinə çevriləcək mağazalar yaranmağa başladı.
“Raduqa”, “Ruslan”, “Parus”, “Ulıbka” mağazaları 2006-cı ildə “Brider” adlandı.
Əslində adın özü Brider daha tez yaranmışdı.
Hikmət Məmmədov:
-12 dekabr 2003-cü ildə “Brider” markası ilə kolbasa zavodunu işə saldıq, adı isə mənim üçün dostum Valeri Solomonoviç Qureviç düşünüb tapdı-- “Brider” tərcümədə “Qardaşlar” deməkdir.
-“Varönaya (suda bişirilmiş) doktorskaya” bu gün də genişlənən kolbasa və delikates məmulatlarının uzun cərgəsində ilk kolbasa oldu. Bunun sayəsində “Brider” tanınmağa başlandı. Məhsulun istənilən kimi alınması, avadanlığın sazlanması, resepturanın işlənməsi, kadrların seçilməsi üçün üç il vaxt sərf olundu.
“Ukrainskaya lüks”, ”Milanskaya sablə”, ”Bakinskiye sosiski”,”Generalskayalüks” – və sair adda məhsullar istehsal etdik.
Artıq “Brider” kolbasa zavodunun məmulatlarını bütün Uzaq Şərqdə sevir və alırdılar.
Bundan başqa, Hikmət bir sıra nüfuzlu sərgilərin mükafatları ilə təltif olunub və bugün vilayətin sənaye brendını formalaşdırır. Lakin bu şəbəkəninnkişafından əvvəl Yəhudi Muxtar Vilayətinin sənaye inkişafı gəlirdi.
Muxtar vilayətinin mağazalarının aparılan monitorinqi burada elə məhsul olmadığından qiymətlərin çox yüksək olduğunu göstərdi və Hikmət Məmmədov İzvestkovıy qəsəbəsində ilk supermarketin inşa edilməsi qərarına gəlir.
Hikmət Məmmədov:
-Böyük risklər var idi. Hesablamışdıq ki, 1500 kvadrat metr sahədə Supermarketin inşası 70 milyon rubla başa gəlir. Təsəvvür edin ki, Obluçye, Lenin rayonu və ya Nikolayevka kimi ərazilərdə belə super market inşa edirsən, sonra da, Allah eləməsin, iş alınmasa, 70 milyon rubla başa gələn obyektləri heç 15 milyona da satmaq bilməzdik.
-Lakin, risk özünü doğrultdu və “Brider”in məmulatları ilə yanaşı digər regionlardan, onun birbaşa rəqib istehsalçılarının vilayət mərkəzinin çeşid və fərqli qiymətlərdə olan məhsullarla təmin edilmiş geniş müasir super marketlər Yəhudi Muxtar Vilayətinin rayonlarının sakinlərinin istifadəsinə verilmişdi.
Bayram. Hikmət Məmmədov:
-İlk illər mən hər gün axşam saat altıdan sonra yarım saat, bir saat kassanın yanında dururdum və görürdüm ki, rəqib şirkətlərdən olan Ratimirin. 60 faiz , Vikladın 30 faiz, bizim məhsulun isə cəmi 10 faizi alınır. Öyrənirdim, sorğu aparırdım ki, niyə bizim məhsullar zəif alınır. Qüsurlarimizi tapıb, bu rəqabətin sayəsində istehsalı daha da təkmilləşdirməyə başladım.
Bu gün də, “Brider” şəbəkəsinin mağaza və super marketlərində gedən proseslərə Hikmət Əliheydər oğlu şəxsə özü nəzarət edir.
(kabinetdən görüntülər) Daim İstehsalat sahələrinin inkişaf və genişləndirilməsi ilə bağlı yeni ideyalar yaranmaqda idi.
(çörək bişirən yeri göstərir) Nisbətən qısa müddətdə bulka-çörək istehsalının açılması ideyası belələrdən idi.
Beləliklə, çörək, vasitəçilər olmadan çörəkxanalardan dərhal birbaşa mağazaların taxçalarına çatdırılırdı. Bu, həm məhsulun təzə, təravətli qalmasını, həm də qiymətlərin aşağı olmasına səbəb olurdu. (
Hikmət Məmmədov:
Bizim vilayətdə böyük parəkəndə satışı kompaniyası peyda olandan və onların çörək-bulka məmulatlarının çox böyük çeşidli olduğunu görəndən sonra biz də öz istehsalımızı açmağa qərara gəldik. Çünki, yerli istehsalçılar bizi lazımi məmulatlarla təmin edə bilmirdilər. Və biz bunu tam məqamında etdik.
-Böyük şəhərlərin təcrübələrindən yararlanaraq, mağaza şəbəkələrinin yaxınlıqlarında aptek məntəqələrini açmağa başladılar. Bu, Birabican sakinlərinin dərhal çox xoşunna gələn “Birafarm” aptek şəbəkəsi yaradılmasına təkan oldu: mehriban personal, əlverişli qiymətlər və geniş çeşid.
İşin uğurlu olmasının sirri onda idi ki, həftədə bir neçə dəfə aptek məntəqələrini, mağaza və istehsalat şəbəkəsini rəhbər şəxsən özü təftiş edir.
Qeyd etmək lazımdır ki, əvvəlki kimi, əsas inkişaf vektorunu parakəndə satış şəbəkəsi təşkil edirdi. Bugün “Brider” mağazaları əhalinin hər təbəqəsi üçün ən əlverişli ticarət məntəqələridir. Muxtar vilayətdə artıq 42 mağaza açılmışdır. Onların 32-si Birobicanda, 10 isə vilayətin rayonlarında yerləşirdi.
Hikmət Məmmədov burada dayanmaq qərarına gəlmişdi. Artıq Hikmət Məmmədovun hədəfində başlanğıc üçün digər məkan -Amur vilayəti idi.
Məryəm. Nadejda Qoroxovskaya: (“Brider” Ticarət Evinin satış üzrə şöbə müdiri)
Çoxlu qələbəmiz olmuşdur. Bizim rəhbərimiz Hikmət Əliheydər oğlu kompaniyamızın inkişafına çoxlu vaxt ayırır. Öz üzərində də işləyir: cavan, idmançı, enerjili bir insandır. İşə yeni başlayanda Hikmət Əliheydər oğluna deyirdim ki, 100 ton istehsal edək və bizdə hər şey normal olacaq. Biz hal-hazırda isə 500 ton istehsal edirik, lakin bu da bizim üçün azdır. Son hədd deyil.
Kompaniyanın inkişafı naminə rəhbər heyətdən əlavə 1200 –dən çox işçi çalışır. Bu göstəriciyə görə bu şirkət Vilayətdə ən böyük istehsalat müəssisəsidir.
Mixail Yurkin ( “Yəhudi Muxtar Vilayətinin investisiya agentliyi” Qeyri Kommersiya Təşkilatı Fondunun Baş Direktoru):
-“Brider” Ticarət Evi şübhəsiz bizim vilayət iqtisadiyyatı üçün
sistem yaradıcı müəssisəsidir və onun necə inkişaf etdiyini, istehsalat
həcmini nə qədər artırdığını, vilayətimizin rayonlarında hansı yer
tutduğunu biz hamımız görürük. Bu şübhəsiz ki, həm də hər bir
rayonumuzun rəqabət mühitinə təsir edir.
-Yaxın zamanlar qədər “Brider”in əsas ofisi Bryanskaya küçəsində 300 kvadrat metrdən bir az çox sahədə yerləşirdi. 2021-ci il isə təkcə Ticarət evinin rəhbərliyi üçün deyil, həm də bütün işçilər üçün kəşf və başlanğıclar ili olmuşdur. “Sənaye” küçəsində baş ofis açdıq. Əminliklə demək olar ki, beləsi burada, Uzaq Şərqin heç bir yerdə yoxdur, 2000 kvadrat metr sahədə müasir texnika, ofis avadanlığı və mebellə təchiz olunmuş geniş, işıqlı iş otaqları, bir-neçə görüş zalları, yeməkxana və yeni trenajorlar zalı, hər bir kompaniya işçisinin pulsuz məşq etmək üçün idman zalı.
-Bütün şəraiti olan ofisin açılması mənim böyük arzum idi. Biz onu bir ay əvvəl işə salmışıq. Əsas məqsədimiz öz işçilərimiz üçün rahat şəraitin yaradılmasıdır.
-Öz işçiləri üçün Hikmət Əliheydər oğlu çox şey edir. Özü etiraf etdiyi kimi, əvvəl personalın problemlərini həll edəndən sonra, özünü deputat rolunda sınamaq qərarına gəldi. Bu il artıq üçüncü dəfədir ki, Hikmət Məmmədov ardıcıl olaraq Yəhudi Muxtar Vilayətinin-nin qanunverici iclasının üzvü seçilmişdir.
Hikmət Məmmədov:
-Öncə özümü siyasətdə sınamaq, ikincisi, insanlarla işləyərkən, anladım ki, vilayətin siyasət sahəsində də faydalı ola bilərəm.
Siyasətçi kimi, təkcə öz işçilərinin deyil, həm də vilayətin adamlarının problemlərini daha tez həll etmək mümkündür. Çünki, qanunverici orqan deputatının sözünə daha diqqətlə yanaşırlar, nəinki iş adamının. İşçilərlə və insanlarla işləmək təcrübəsi Qanunvericilik hakimiyyətində işimə çox yaradı.
Hikmət Əliheydər oğlu köməyə ehtiyacı olanlara olduqca həssasdır. Deyir ki, insanlara kömək etmək qanımda var. Kimisə sevindirəndə özü daha çox sevinirəm.
Atam həmişə hamına köməklik edərdi. Mən bunu uşaqlıqdan görmüşəm. Demirəm ki, çox imkanlı idi. Xeyir. Amma imkanı daxilində köməklik edirdi. Mən ehtiyacı insanlara - əlillərə, uşaqlara, imkansızlara... kömək edəndə ruhən istirahət edirəm. Bundan maksimum zövq alıram.
Ümumiyyətlə, Hikmət Əliheydər oğlu bu ritmdə yaşayır. Ruhi təklik anları isə ikiqat qiymətləndirilə bilər və hər gün bu çətin məqamlarda Allaha duaları köməyə gəlir.
Hikmət Məmmədov:
-Mən səhərlər oyananda ilk olaraq Allaha şükür edirəm ki, mənim hər şeyim var. Allah məndən heç nəyi əsirgəməyib.
2021-ci ildə Hikmət Əliheydər oğlu 50-illik yubileyini qeyd etdi. Özünə həmişə əmin olmaq, öz gücünə inanmaqda ona ailə də kömək edir. Əgər əvvəllər yanında yalnız qardaşları var idisə, indi isə onlara övladları da onlara qoşulmuşdurlar.
Hikmət Məmmədov:
-İki oğlum və bir qızım var. Böyük oğlum Vladivostokda iqtisadi təhlükəsizlik institutunu bitirib, kiçiyi isə kolbasa istehsalı üzrə texnoloqluq ixtisasına yiyələnir, qızımın 6 yaşı var. Bunlar mənim böyük xoşbəxtliyimdir.
Yeri gəlmişkən, yaxın gələcəkdə səbirsizliklə Hikmət Məmmədovun oğullarının birindən, yeni layihə gözlənilir.
“David” Ticarət Mərkəzində “Ne prosto stolovaya”. Burada yeməklər olduqca tez, ləzətli və ucuz olacaq.
Vilayətin ən güclü müəssisələrinin rəhbərinə məxsus regional vətənpərvərlik haqqında danışanda, “Brider” kompaniyasının Yəhudi Muxtar Vilayətiin inkişafının zənginləşməsində onun rolunu qiymətləndirməmək mümkün deyil. Sosial əhəmiyyətli obyektlərinin tikintisi və inkişafı, vilayətin büdcəsinə çoxmilyonlu ayırmalar, mədəni və idman yarışlarına fəal sponsorluq, dəfələrlə təltif və təşəkkür məktubları ilə qiymətləndirilmişdir.
Roman Boyko(YMV Qanunverici Məclisin Sədri):
-Vilayətin ərazisini gəzməyə, büdcənin gəlir hissəsini formalaşdıran müəssisələrlə tanış olmağa çalışıram. Kolbasa məmulatları istehsalı üzrə “Brider” müəssisəsininə baş çəkdim. Müasir avadanlıq, praktiki olaraq hər şey modern olmas çox gözəl idi., Tanışlıq zamanı insanlarla söhbət edə bildim, nə qədər əmək haqqı aldıqlarını, onlara hansı köməklik olunmasını öyrəndim. Hər yerdə insanlar ondan sonsuz razılıqlarını bildirdilər. Bildirdilər ki, çox xoşdur ki, daimi iş yerləri, sabit gəlir, insanların sabaha böyük inamı, rəhbərə isə ciddi güvənləri var.
“Brider” Ticarət Evinin xidmətlərinin qiymətləndirilməsi haqqında danışsaq, 2021-ci ili ən əhəmiyyətli il kimi adlandırmaq olar. Yəhudi Muxtar Vilayətinin rifahı naminə fəaliyyət illərinə görə mükafat olaraq Hikmət Məmmədovun ölkə başçısı Vladimir Putinin sərəncamı ilə ötən il 2-ci dərəcəli “ Vətənə xidmətə görə” ordenlə təltif olunması buna əyani sübutdir.
Hikmət Məmmədov:
-Mənə o qədər xoşdur və Fərəh hissi keçirdirəm ki, bu gün burada obyektlərimizi: -- kolbasa zavodu, mağazaları və digər ictimai əhəmiyyətli sahələrdə böyük uğurlar qazanmışıq.
Fikirləşirəm ki, çətin ikinci adam tapılar ki, burada belə böyük supermarketlər açmağa risk etsin. Həm də elə qiymətlər qoysun ki, insanlara əlverişli olsun.
Biz də insanların nə qədər qənaət etdikləri öyrənmək üçün monitorinq apardıq. Onlar xərclərinə ən azı 15-20 faiz qənaət ediblər. Və təbiidir ki, bunu görməmək mümkün deyil. Buna görə də mənim zəhmətimi görüb, layiqincə qiymətləndiriblər.
O ki qaldı “Brider” kompaniyasının və Hikmət Əliheydər oğlunun gələcək planlarına, şübhəsiz, onlar var. Kompaniyanın digər bölgələrə genişlənməsi ilə yanaşı, restoran “Kamelot”-da 2023-cü ildə geniş yenidənqurma işlərini və yeni formatda işləməsini gözləyir. 2022-ci ildə isə şəhərin sakinləri üçün yenilənmiş müasir avtovaqzalın açılışı olacaq.
Hikmət Məmmədov:
-Mən deyərdim ki, bunlar bu yurda məhəbbətimdən irəli gəlir və heç biri biznes deyil. Mən şəhərdə normal avtovaqzalın olmasını istəyirəm. Əlimdən gələni edəcəyəm ki, gələn il burada gözəl avtovaqzalı işə salaq.
Hikmət Əliheydər oğlu Məmmədov Birabican şəhəri və vilayətinin inkişafına həsr edib. Bu gün o burada hamının hörmətini qazanan iş adamı və mesenat kimi tanınır. O uğurlar haqqında az-az danışır, sözlərdən çox konkret əməllərə üstünlük verir.
2021-ci ilin biznes üçün aşkar çətinliyi olduğuna baxmayaraq, o bu ili özü, rəhbərlik etdiyi kompaniya və Yəhudi Muxtar Vilayəti üçün uğurlu sayıla bilər. Hikmət var gücü ilə kollektivi, çalışdığı istehsal sahəsini və gələcək günə böyük inamı qorumağa çalışır.
Səsləndirdi: Məryəm Əsgərli və Taleh Mikayılov