Afrika ölkəsi olan Namibiya tayfalarından biri olan Himba qəbiləsinin maraqlı adətləri var.
Moderator.az xəbər verir ki, qəbilənin adətinə görə qadınlar hamilə qalmaq üçün ağac altında oturaraq mahnı oxumalıdırlar.
Özü də hamilə qalmaq istəyən qadın tayfanın müqəddəs saydığı ağacın altında oturub mahnı zümzümə etməlidir. Daha sonra bu mahnını gələcək atası və digər qəbilə üzvləri ilə paylaşır. Bu mahnının oxunduğu gün körpənin ad günü elan edilir. Körpə isə bu mahnı ilə doğulur.
Onların gələcək nailiyyətləri də bu mahnı ilə qeyd olunur. Ağlayanda belə bu mahnıdan təsəlli alır, sakitləşirlər. Bütün qəbilə adamları uşağa sonradan cinayət törədərsə, onu cəzalandırmaq əvəzinə, öz mahnısını oxumaqla, onun kim olduğunu xatırladırlar.
Vasif Əlihüseyn