Lənkəranda evə girib adam döyən tutuldu, evdən qaçan qız isə tapıldı
Son günlər çap etdiyimiz yazılarla bağlı yeni məlumatlar var. ATV-dən çoxlarına bəlli olduğu kimi Masallı rayonunun Təklə kəndindən evdən qaçan qız (Bu linkə bax cenub.az ) tapılıb.
Evdən qaçan Yeganə kənddən çıxandan sonra mikroavtobusla Biləsuvarlı bir qadınla Bakıya gəlib, onun evində qalıb. Sonra oradan da qaçıb, nəhayət ATV əməkdaşlarının səyi nəticəsində tapılaraq ailəsinə qovuşdurulub.
Hazırda onun problemlərinin həlli üçün işlər görülür.
Digər yazımız isə Lənkərandan idi.
Xəbərdə bildirilirdi ki, Lənkəranda bir nəfər evlərə girib adamları döyür, öldürür.
APA-nın yaydığı məlumata görə, Lənkəranı qorxu içində saxlayan şəxs yaxalandı
APA-nın cənub bürosunun məlumatına görə, Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb.
Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.
Bəs o evlərə niyə girirdi?
Olduqca fərqli məlumatlar var. Kimi onun fiziki durumunda problemlərdən, kimisi kimlərlə qərəzli münasibətindən danışır. Yəqin ki, istintaq məsələyə aydınlıq gətirəcək.