Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Çox qan töküləcək, milyonlarla qaçqın olacaq"


Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiyanın ölkəyə müdaxiləsi bütün Avropa üçün fəlakətə çevriləcək.

“Çox qan olacaq, qaçqınlar olacaq, bu, Avropa üçün fəlakət olacaq. Axı bu müharibə təkcə Ukraynanın şərqində baş vermir. O, Avropanın şərqinə doğru irəliləyir... Bəli, bu, təkcə Ukrayna üçün deyil, Avropa üçün də fəlakət olacaq, çünki Ukrayna ilə Polşa sərhədində və ya, bəlkə də, Almaniya və Polşa sərhədində bir neçə milyon miqrant və ya qaçqın olacaq. Mən bunu tamamilə ciddi deyirəm”, - müdafiə naziri BBC-yə müsahibəsində bildirib.

Reznikov qeyd edib ki, təcavüz “ruslar üçün çox, çox çətin olacaq, ona görə də indi hər şeyi sülh yolu ilə həll etmək vacibdir”.

virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10