Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ regionda NATO-nu gücləndirmək üçün Türkiyəyə 40 F-16 qırıcısı verməyə hazırlaşır


ABŞ NATO-nu Egey və Qara dəniz regionunda gücləndirmək üçün Türkiyənin 40 ədəd modernizə edilmiş F-16 qırıcısı almaq barədə sorğusuna müsbət cavab verməyə hazırlaşır.

virtualaz.org xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindəki mənbələr bildiriblər. Türkiyə ABŞ-dan 40 yeni F-16 (Block 70 versiyası) və hazırda Türkiyə HHQ-nin silahlanmasında yer alan 80 F-16 qırıcısının Block 70 versiyasına uyğun modernizasiyası üçün komplektlər almaq üçün ötən il Dövlət Departamentinə sorğu verib.

ABŞ Konqresindəki bəzi dairələr Türkiyənin bu sorğusuna müsbət cavab verilməsini əngəlləməyə çalışıblar. Lakin indi mənbələr bildirir ki, ABŞ Qara dəniz regionunda artan təhdidləri nəzərə alaraq NATO üzvü Türkiyənin hərbi gücünün artırılmasını məqsədəuyğun sayır və həmin sorğuya müsbət cavab verməyə hazırlaşır.

Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq bu ölkəyə beşinci nəsil F-35 qırıcıları satmaqdan imtina edib. Habelə Türkiyə F-35 proqramından kənarlaşdırılıb.

virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10