Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Tariximiz elektron nəşrlərdə


“Masallının tarix və mədəniyyət abidələri”  və “Bu qala bizim qala” kitablarını indi cenub.az-da, elektron variantda da oxuya bilərsiniz

Məlum olduğu kimi bir ay öncə İldırım Şükürzadə və Zahir Əmənovun müəllifliyi ilə “Masallının tarix və mədəniyyət abidələri”, bundan 1 il öncə isə eyni şəxslərin müəllifliyi ilə  (bölgəmizin bütün qalaları haqqında) “Bu qala bizim qala” kitabları çox nəfis şəkildə işıq üzü görmüşdü. Hər 2 kitab elimizin xeyirxah qızı Arzu Bağırovanın  sponsorluğu ilə həyata vəsiqə qazanmışdı. 

Kitablar böyük maraqla qarşılandı. Xaricdə yaşayan həmvətənlərimiz kitaba xüsusi maraq göstərdi və onları əldə etmək üçün müxtəlif yollar aradı. Poçtla yollamaq baha başa gəldiyi üçün, bəzilər həmin yerlərə səfər edən qohumlarının, dost-tanışlarının imkanlarından faydalanırdı.

İndi bu kitabları əldə etmək çox əlçatan oldu. Belə ki, hər 2 kitabın elektron variantı cenub az saytına yerləşdirildi. (Saytın sağ tərəfinin  yuxarısında, “Tariximiz elektron nəşrlərdə” bölümündə). Bu kitabları saytın mobil variantında da oxumaq mümkündür.

İnanırıq ki, kitabın çap variantını əldə edə bilməyənlər onun elektron variantında lazımınca faydalanacaqlar. 

Kitablar elektron variantları burda:
Bu Qala Bizim Qala
Masallının Tarixi və Mədəniyyət Abidələri

Təkliflərini və iradlarınızı da eşitməyə hazırıq.

Cenub.az. Faiq Hüseynzadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10