“İnsanı tanımağın 10 yolu” yazısını təqdim edirik.
EPİQRAF:
Həyat pislərin və məğlub olanların sırasında olmamaq üçün daim zirvələrə dırmaşmaqdan ötrü hər şeyə hazır olanların qələbə qazandığı cəngəllikdir .
1. Ailə
Ailə elə bir institutdur ki, oradan ali təhsillə çıxan adamı həyatda dərhal tanıyırsan. İnsanın tərbiyəli və tərbiyəsiz davranışlarının başlıca səbəblərindən biri ailədə gördüyü münasibətdir. Həmişə olmasa da, əsasən, insan ailədə nə görürsə, cəmiyyətdə də onu tətbiq edir. Boş yerə deməyiblər ki, ailə kiçik dövlətdir.
2. Təhsil
Təhsilin insan həyatında rolu danılmazdır. Ümumiyyətlə, keyfiyyətli təhsil həm mədəni, həm də peşəkar baxımdan ahəngdar şəxsiyyət formalaşdırır. İnsan tanımanın ən yaxşı vasitəsi təhsilinə baxmaqdır. Təhsil yoxdursa, mədəniyyət də yoxdur. Belə olan halda isə həmin insanın xarakteri rahatlıqla ifşa oluna bilər.
3. Yolda
Yolda nəinki başqa insanı tanımaq, hətta özünü də tanımaq olur. Yol insanın ən yaxın sirdaşı və yalnız həqiqətləri deyən dostudur. Bir insanı tanımağın ən yaxşı yolu onunla yol çıxmaqdır. Həyat təcrübəsi olan insan üçün yol çıxmaq və yolda başqa insanları tanımaq ən yaxşı üsuldur.
4. Süfrə arxasında
Süfrə və ya stol arxasında davranış insan tanımanın ən yaxşı yollarından biridir. Çünki məişətdə daima gördüyün insanı məclisdə görmək tamamilə ayrı bir təcrübədir. Xüsusən içki məclisi insanların əsl üzünü ortaya çıxaran bir güzgüdür. Hamının danışdığı oxşar bir əhvalat var: "Bir dəfə hansısa bir dostumla içirdik, mən tez piyan olmuşdum. Amma hər şeyi dərk edirdim. 4-5 rumkadan sonra dostum mənə araq, özünə isə gizlincə adi su süzürdü. Beləliklə onun necə bir keyfiyyətsiz insan olduğunun şahidi oldum". İçki məclisində heç cür kamflyaj olmaq olmur. Nəsənsə, osan.
5. Çətin vəziyyətlərdə
Çətin vəziyyət, yaxud dibə vurmaq insan halının istisna halı olduğu üçün adam həm özünün, həm də başqalarının əsl üzünü, içini görə bilir. Çətin vəziyyət istər-istəməz insanda qorxu yaradır və bu qorxu həyatda qalmaq mübarizəsinə çevrilir. Həyatda qalmaq üçün isə insan nəyə desən əl atar və bu əl atdığı şeylə onun xarakterini rahatca müəyyənləşdirmək olar.
6. Mühitdə
Mühit deyəndə iş, həbsxana, dəlixana, yetimxana, qocalar evi – bir sözlə qapalı məkanlarda məcburən bir yerdə yaşamalı olan insanlar nəzərdə tutulur. Həmin insanlar o mühitlərdə zorla qalmağa məhkum edildikləri üçün əsl üzləri bir müddət sonra görünməyə başlayır. Mühitdə çox şey görmək olar, əgər arifsənsə...
7. Dostlar
Hz. Əlinin məşhur ifadəsi var. “Dostunu göstər, görüm sən kimsən”. Ümumiyyətlə, dostla, həyatla bağlı məsəllərdən, atalar sözlərindən, hədislərdən, hikmətli sözlərdən, nə bilim holavarlardan, sayaçı sözlərdən, bayatılardan, qəzəllərdən, qəsidələrdən, qitələrdən, müxəmməslərdən, cığalı qoşayarpaq müxəmməslərdən, dodaqdəyməzlərdən – bu janrlar getdikcə uzanır, söhbətdən yayınmayaq – bir sözlə şifahi və yazılı ədəbiyyat nümunələrindən çox şey öyrənmək, götürmək və onu həyatda tətbiq etmək olar. Bu janrlarla meyli olmayan insanlar isə Yetim Eyvazdan, Orxan Lökbatanlıdan, Rəşad Dağlıdan da çox şey öyrənə bilərlər. Biz DOST sözünün hecaya bölünməməsini meyxanadan öyrənmişik. Çox maraqlıdır ki, dost sözü çoxlu dildə hecaya bölünmür: Friend, druq, dost, ami və s. Bir insanı ən rahat tanımaq üsullarından biri dostlarına baxmaqdır. İnsan ən yaxın 6 dostunun cəmidir.
8. Zövq
Zövq intellektual məsələdir və insanın zövqü onun həyatına güzgü tutan əsas elementlərdən biridir. Zövq deyəndə musiqi, geyim, yemək və s. zövqlə bağlı olan hər şey nəzərdə tutulur. Zövq insanın həyatını birbaşa əks etdirir. Zövqlər müxtəlifdir, çünki həyatlar müxtəlifdir.
9. Davada
Bir insan mübahisə edərkən əsl üzünü ortaya çıxarır. Qəzəb, nifrət, aqressiya, ümumiyyətlə, pis adlandırdığımız bütün hiss və duyğular insanın mahiyyətini tam izah edən şeylərdir. Qəzəbli olandan dediyiniz sözlərə, sevincli olanda isə verdiyiniz vədlərə diqqət edin ki, duyğu və hisslər qalıcılığını itirəndən sonra gülməli və çətin vəziyyətə düşməyəsiz.
10. Təmizlik mədəniyyəti
Belə bir atalar sözü var: İt də öz yatdığı yeri təmizləyir. Bu atalar sözü tam hədəfə vurulmuş, çox dəqiq deyilmiş bir ifadədir. Burada “it” deyəndə, təhqir yox, heyvan kimi instinktiv, şüursuz yaşamaq nəzərdə tutulur. İnsanın təmizliyi və özünə hörməti, həmin insanın haqqında dolğun fikir yürütməyə əsas verir.
Kulis.az