Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının Şərəfə kəndində şəhidlərlə bağlı unudulmaz tədbir


Bir çox yerlərdə olduğu kimi Masallı rayonunda da şəhidlərə ehtiramlı bağlı xeyli işlər görülür – anım günlərinin təşkili, şəhid bulaqlarının inşası, Masallı Şəhidləri ilə bağlı kitabın nəşri...

Bu gün, 8 yanvar 2022-ci ildə isə Masallı rayonun Şərəfə kəndindəki Mərasim Evində bu qəbildən çox unudulmaz bir tədbir keçirildi. Kəndin qocalı-cavanlı 200-ə yaxın şəxsin toplaşdığı bu mərasim Pərvanə xanım Zıyadovanın müəllifliyi ilə Şərəfənin 9 şəhidinin ömür yoluna həsr olunmuş “Şərəfli döyüş yolu” adlı kitabının təqdimatına həsr olunmuşdu. Tədbirdəki çıxışlar o qədər səmimi idi ki, 2 saat yarımın necə keçdiyi hiss olunmadı.  Tədbirin video-reportajını yaxın günlərdə Cənub xəbərtv internat kanalında sizə təqdim edəcəyik.

Bu xəbərdə isə hələlik bir neçə məqamı xatırlatmaq istəyirəm.

Bir kəndin öz şəhidlərinə belə ehtiram, belə çoşqulu, belə duyğulu məhəbbət göstərməsi olduqca təqdirəlayiqdir. Orta təhsilli bir xanımın – Pərvanə Ziyadovanın kəndin  şəhidləri ilə bağlı belə möhtəşəm kitabı ərsəyə gətirməsi alqışa layiqdir. Kitab şəhidlərə elə məhəbbətlə, elə sevgi ilə yazılıb, elə yüksək tərtibatla təqdim olunub ki, istər-istəməz xəyallanırsan, “kaş hər kəndin şəhidləri haqqında belə kitablar olaydı”.

Tədbirdə təkcə kəndin yox, rayonun dəyərli ziyalılarından sayılan Xankişi müəllimin, Elşad müəllimin, Nahidə müəllimin və başqalarının kövrək məqamlarla dolu olan duyğusal çıxışları çox unudulmaz idi. Hələ bir-birini əvəzləyən şeir kompazisiyaları, vətəpəvərliklə dolu mahnılar tədbirə özgə ahəng veriridi.

Tədbirin sonunda şəhid analarına, xanımlarına,  qazilərə və digər iştirakçılara “Şərəfli döyüş yolu” kitabı paylandı, şəhidlərin məzarları ziyarət edildi.

Tədbirdə zəhməti olan hər kəs xüsusi hörmətə layiqdir. Lakin kəndin dəyərli ziyalılarından olan Əlimməmməd Ziyadovun zəhməti xüsusi ilə dəyərləndirilməlidir.

Bütün hallarda isə alqışların baş ünvanı Pərvanə xanımdır. Kaş ki belə lider qadınlarımız çox ola.

Yuxarıda qeyd etdiyim kimi yaxın günlərdə tədbirlə bağlı geniş video-reportajı sizə təqdim edəcəyik.

Cenub.az. Faiq Hüseynzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10