Taliban nümayəndələri Əfqanıstanın paytaxtında çaya 3 ton güclü spirtli içki töküblər.
Cenub.az 360tv-yə istinadən xəbər verir ki, spirtli içki reydlərin birində müsadirə olunub.
Əməliyyatı Baş Kəşfiyyat İdarəsinin əməkdaşları həyata keçirib. Onlar üç spirtli içki satan şəxsi də saxlanılıb.
Bu cür məhsulların istehsalı və satışı əvvəllər Əfqanıstanda qadağan edilmişdi, "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra alkoqol biznesinə qarşı mübarizəni gücləndirib.