Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hadrutda müəmmalı tunel: Ermənilər görün nə üçün istifadə edirmiş... - Video


Baku TV Qarabağın cənub qapısı hesab edilən Hadrutdan reportaj hazırlayıb.

Viran edilm kənd və şəhərlərin, qəsəbələrin yenidən salınması yolla başlayır.

Hadrut qəsəbəsinə 39,7 km uzunluğunda və 1-ci texniki dərəcəyə uyğun Şükürbəyli-Cəbrayıl-Hadrut yolu çəkilir. Hazırda yolda qazma və torpaqlama işləri aparılır.
Qəsəbədə yerləşən və istismar müddətini demək olar ki, başa vuran elektrik yarımstansiyası müharibədən sonra yeniləndi. Buraya Cəbrayıldan elektrik xətləri çəkildi və qəsəbənin əsas obyektləri elektrik enerjisi ilə təmin olundu. Daha sonra Prezident İlham Əliyev tərəfindən qəsəbədə tam müasir tipli yeni qovşaq yarımstansiyasının təməli qoyuldu.

Baku TV-nin çəkiliş qrupu Hadrutdakı evləri müşahidə edərkən maraqlı mənzərə ilə qarşılaşıb. Qəsəbədəki evlərdən birində tunel olduğu məlum olub. İlkin ehtimala görə, ermənilər bu tunellərdən qaçmaq və gizlənmək üçün istifadə edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10