Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qatarla avtobusu "calaq" etdilər: Artıq möcüzəli nəqliyyat sərnişinləri daşımaqdadır...


Yaponiyanın Asa East Line şirkəti dekabrın 25-dən qeyri-standart DMV nəqliyyat vasitəsinin istismarına başlayıb. Bu, avtobus və qatarın özünənəməxsus hibridi olaraq, asfalt yollarla və relslər üzərində hərəkət etmək qabiliyyətinə malikdir. Onun salonu 23 nəfər sərnişin üçün nəzərdə tutulub.
 
Cenub.az xəbər verir ki, bu barədə Röyter xəbər agentliyi məlumat yayıb.
 
DMV- dual-mode vehicle, yəni ikirejimli nəqliyyat vasitəsi deməkdir. O, sərnişinləri həm asfalt yollarla, həm də dəmirollarla daşımaq qabiliyyətinə malikdir.
 
DMV adi avtobusa bənzəyir və şinləri olan adi təkərlər üzərində həfəkət edir. Dəmiryolu qoluna yaxınlaşarkən sürücü düyməni basmaqla təkər cütlərini altından çıxarır.
 
Avtobusun qatara çevrilməsi proseduru cəmi 15 saniyə çəkir. Bundan sonra DMV yoluna artıq relslər üzərində davam edir. Avtobus "Toyota" Coaster bazasında hazırlanıb və iqtisadi cəhətdən qənaətçil hibrid qurğu ilə təchiz edilib. O, asfalt üzərində saatda 100 km, relslər üzərində isə saatda 60 km sürətlə hərəkət edə bilir. Sərnişin tutumu 23 nəfərdir. DMV Yaponiyanın uzaq kəndləri ilə balaca şəhərləri arasında hərəkət edəcək və bahalı şəhərətrafı qatarları əvəzləyəcək.
 
"DMV yerli sakinlərin yaşadığı yerlərə avtobus kimi gedəcək, həmçinin onları dəmiryola çatdıracaq. Biz gözləyirik ki, bu, xüsusilə yaşlı əhalinin yaşadığı kənd rayonlarında ictimai nəqliyyatın yaxşı növü olacaq",- bu barədə Asa East Line şirkətinin baş direktoru məlumat verib.
Artıq Yaponiyanın DMV avtobus-qatarları Tokusima və Koti prefekturaları arasında hərəkətə başlayıb. Bu marşrut 123 km təşkil edir və yolboyu DMV iki dəfə bir rejimdən digərinə keçir.
Texnoloqlar deyir ki, bu nəqliyyat az yanacaq tələb edir, adi avtobuslardan fərqli olaraq, ətraf mühiti o qədər güclü çirkləndirmir.
Həmçinin avtobus-qatarlar bəzi dəmiryolları və ya adi yollarda gediş mümkün olmayanda insanların daşınması üçün gərəkli ola bilər.
Dəmiryolu şirkəti həmçinin ümid edir ki, qeyri-adi nəqliyyat növü Yaponiyanın ucqarlarına turistləri cəlb edəcək, bu da yaşayış məntəqələrinin büdcəsinə əlavələr gətirəcək və yeni iş yerlərini yaradacaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10