Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səlim İsmayılov sirk direktorunu evində döyüb öldürdü


Rusiyanın Lipetsk vilayətində “Gənc ürəklər” adlı sirkin direktoru, 66 yaşlı Vladimir Qaponovun öldürülməsinin təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, sirk direktorunu öldürən 1970-ci ildə Masallıda anadan olmuş Azərbaycan vətəndaşı, bu hadisəyə qədər başqa cinayətə görə axtarışda olan Səlim İsmayılovdur. O, sirk direktorunun keçmiş arvadı ilə birgə yaşayıb və cinayəti də həmin qadınla əlbir olaraq törədib.



Hadisə Koserevka kəndinin Oktyabrks küçəsində baş verib. Dekabrın 25-ə sirk direktorunun meyiti həmin kənddə, yaşadığı evdə tapılıb. Məlum olub ki, dekabrın 24-də Qaponovun keçmiş arvadı ilə birgə yaşayan İsmayılov onunla münasibətləri aydınlaşdırmaq üçün Moskva vilayətindən Koserevka kəndinə gedib. Onların arasında mübahisə düşüb və İsmayılov Qaponovu döyərək öldürüb. Bundan sonra Moskva vilayətinə geri qayıdıb.

Rusiya DİN-in Lipetsk vilayəti üzrə daxili işlər idarəsinin və Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçılarının birgə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İsmayılovun yeri müəyyən edilərək qısa müddət ərzində saxlanılıb. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edib.



Bu gün İsmayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılıb. Məhkəməyə təqdim edilmiş materiallara əsasən İsmayılov dekabrın 24-də birlikdə yaşadığı qadının, yəni Qaponovun keçmiş arvadının qoyduğu açarın köməyi ilə sirk direktorunun evinə daxil olub. Və onu evində döyüb, aldığı xəsarətlərdən sirk direktoru ölüb.

Məlum olub ki, İsmayılov bu hadisəni törədənə qədər törətdiyi başqa qətlə görə axtarışda olub. Bunu müstəntiq Dmitri Kazakov məhkəmədə açıqlayıb. Məhkəmə İsmayılov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

***

Ötən cümə günü, dekabrın 24-də, Kosırevka kəndində “Gənc ürək” sirkinin 66 yaşlı direktoru Vladimir Qaponovun meyiti şəxsi evdə tapılıb. Hadisə yerinə gələn müstəntiqlər və məhkəmə-tibb ekspertləri müəyyən ediblər ki, kişi çoxsaylı döyülmə və kəllə-beyin travmasından dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinərək saxta sənədlər hazırladığına görə federal axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Hazırda istintaq aparılır.

virtualaz.org







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10