
Fransa “omikron” ştamının yayıldığı Böyük Britaniya ilə səyahət qadağası tətbiq etsə də bütün bu məhdudiyyətlərə baxmayaraq pandemiyanın yeni və daha irimiqyaslı dalğasının qarşısını almaq mümkün olmayıb. Yoluxanların sayının bu cür kəskin artmasına görə xəstəxanalarda yerlər dolub, hökumət ölkə daxilində sərt karantin tədbirlərinə əl atmağa hazırlaşır. Digər Avropa ölkələri də bir-birinin ardınca sərt karantin tətbiq etməkdədiir.
Habelə milyonlarla insanın Yeni il gəzintisi planları pozulub. Çünki bütün dünya üzrə minlərlə aviareyslər təxirə salınıb. Təyyarələri idarə etməyə pilot yoxdur və aviaşirkətlər bildirir ki, personal koronavirusa yoluxduğundan reysləri həyata keçirə bilmirlər. Ötən iki gün ərzində 6 mindən çox aviareysin təxirə salındığı bildirilir, onlardan 900-a yaxını ABŞ-ın payına düşür.
ABŞ-ın baş infeksionisti Entoni Fauçi bildirib ki, Yeni il səyahətləri “omikron” ştamının daha sürətə yayılmasına gətirib çıxaracaq, hətta tam peyvənd olunanlar da yoluxacaqlar.
Xatıladaq ki, İran da ötən gün "omikron" ştamının yayılmasının qarşısını almaq üçün qonşu ölkələrlə quru sərhədlərini bağladığını elan edib. Digər qonşu ölkə Gürcüstanda da bu ştam qeydə alınıb, amma yeni ştama yoluxanların sayı hələlik 60-dan çox deyil.
virtualaz.org