Bizi həyasızcasına aldatdılar. İndi NATO 5 dəfə genişlənib. Rumıniya və Polşada raketlər yerləşdirilib. Biz heç kəsi təhdid etmirik. ABŞ və ya İngiltərə sərhədlərinə getmişik? Bizə gəliblər".
Bunun Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada keçirdiyi ənənəvi mətbuat konfransında Ukraynaya hücum ehtimalını dəyərləndirərkən deyib.
"Ukraynaya və ya başqa bir suveren ölkəyə hücum etməyəcəyinizə zəmanət verə bilərsinizmi, yoxsa bu, Rusiya ilə ABŞ və NATO arasında müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlardan asılı olacaq?" sualına cavab verən Putin deyib:
"Bizim hərəkətlərimiz danışıqların gedişatından deyil, Rusiyanın bu gün və tarix boyu təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Bu kontekstdə biz NATO-nun şərqə doğru irəliləməsinin qəbuledilməz olduğunu hərtərəfli izah etdik. Burada aydın olmayan nə var? ABŞ sərhədlərinə yaxın raketlər? Xeyr. Amerika öz raketləri ilə evimizə gəlib. Bu raketlər indi evimizin astanasındadır. Hücum raketlərinin evimizin yaxınlığında yerləşdirilməməsini tələb etmək gərəksiz tələbdirmi? Burada qeyri-adi nə var?"
"Biz raketlərimizi Kanada ilə ABŞ, ABŞ ilə Meksika arasındakı sərhədə yerləşdirsəydik, ABŞ necə reaksiya verərdi? Meksika ilə ABŞ arasında ərazi problemi yox idi? Kaliforniya, Texa əvvəllər kimə məxsus idi?, Bunu unutmusunuz?, Rusiya lideri əlavə edib.
Putin deyib ki, Ukraynanın necə yaradıldığını unudublar:
"Vladimir Lenin Sovet İttifaqını yaradanda Ukraynanı yaratdı".
Rusiya, ABŞ və NATO arasında aparılacaq müzakirələrin gedişatı deyil, nəticələrinin onlar üçün mühüm olduğunu vurğulayan Putin, "NATO bizə 90-cı illərdə şərqə doğru hərəkət etməyəcəyinə söz vermişdi" deyib.
"Bizi həyasızcasına aldatdılar. İndi NATO 5 dəfə genişlənib. İndi Rumıniya və Polşada raketlər yerləşdirilib. Biz heç kimi təhdid etmirik. Biz ABŞ və ya İngiltərə sərhədlərinə getmişik? Bizə gəliblər. İndi də Ukrayna NATO-ya üzv edəcəklərini deyirlər."O zaman Ukraynada da oxşar sistemlər olacaq, ya da iki səviyyəli bazalar və hücum sistemləri olacaq. Siz bizdən zəmanət istəyirsiniz. Sizin bizə dərhal zəmanət verməyiniz lazımdır.
Hüseyn, Publika.az