Hadisə rayonun Girdəni kəndində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Report.az