Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda məktəb direktoru şəhidin qardaşından rüşvət tələb edir – ŞOK VİDEO


Cəlilabad rayonunda məktəb direktoru şəhidin qardaşını işə düzəltmək məqsədi ilə ondan 1500 azn rüşvət tələb edib.

Bu barədə KanalS.az-a Cəlilabad rayon Mikayıllı kənd sakini məlumat verib.

Məlumatda bildirilir ki, mən şəhid Əliyev Aslan Eldar oğlunun qardaşı Əliyev Nurəddin Eldar oğlu dəfələrlə Cəlilabad rayon Mikayıllı kənd orta məktəbinin direktoru Ramin Şükürova qardaşımı və yoldaşımı işə düzəltmək üçün müraciət etmişəm. Məktəb direktoru Ramin Şükürov şəhid ailəsi olduğumu nəzərə alaraq və hörmət əlaməti olaraq məndən 1500 azn rüşvət tələb edib.

Bu məsələ ilə bağlı rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayevin qəbulunda da olmuşuq. Ağaxan Ağayev Mikayıllı kənd orta məktəbinin direktoru Ramin Şükürova bu barədə göstəriş verib. Göstərişə əməl etməyən Ramin Şükürov hələdə bizi işlə təmin etməyib. Əksinə bizdən 1500 azn rüşvət tələb edib. Bizimdə imkanımız yoxdur. Olsa idi biz ona verdiyimiz pulu özümüz xərcləyərdik.
Daha ətraflı video müraciətdə:

Qeyd edək ki, Ramin Şükürov son günlər sosial şəbəkələrdə “Mən deputatların və prezidentin köməkçisinin ağzını cırıram” – ifadəsini səsləndirən jurnalist Elnur Şükürovun qardaşıdır.

P.S. Redaksiya səsləndirilən iddialara görə məsuliyyət daşımır.

Məsələ ilə bağlı Cəlilabad rayon Mikayıllı kənd orta məktəbin direktoru Ramin Şükürovla əlaqə saxladıq. Ramin müəllim bildirdi ki, şəhid ailəsindən heç vaxt rüşvət tələb etməmişəm. Vakant yer olarsa onları işlə təmin edəcəyik.-deyə R.Şükürov bildirdi.

Ümid edir ki, aidiyyatı qurumlar məsələ ilə bağlı ciddi tədbir görəcək…





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10