Masallıda 52 yaşlı kişi güllələnib.
Report.az
Hadisə rayonun Qarğalıq kəndində baş verib. Belə ki, 1969-ci il təvəllüdlü Balayar Fətulla oğlu Ağamalıyev odlu silahdan açılan atəş nəticəsində yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona döş qəfəsinin sol nahiyəsindən odlu silahla yara diaqnozu qoyulub. Həmin şəxsin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə B. Ağamalıyev Bakı şəhərində yaşayır. Bir neçə aydır ki, kəndə, ata yurdunda tikdiyə evə gəlib. Qarğalıq kəndindəki ata həyətində yeni ev tikdiyindən qardaşı ilə aralarında münaqişə yaranıb. Hadisə də həmin həyətdə baş verib. Lakin hadisənin təfərrüatı hələlik məlum deyil. Onun necə və kim tərəfindən vurulduğunu görən olmayıb. Güllələnən şəxsi 2 oğlu var.
Faktla bağlı araşdırma aparılır.
Report.az