Bəziləri Ərkivan qəsəbəsindəki Bağlaküçə məhəlləsini kənd içində kənd adlandırırlar. 4 minə yaxın əhalinin, 700-dən artıq ailənin məskunlaşdığı bu məhəllə yetişdirdiyi övladları ilə nəinki bir qəsəbəyə, bir rayona, eləcə də bütün ölkəyə şöhrət gətirən insanları ilə tanınır. Şeyx Qüdrət, Mirkərim Ağa kimi din xadimləri, Qorxmaz və Rahib Mikayılov qardaşları, Əsədulla Cəfərov, Tural Sadıqzadə kimi alimləri, Nadir Ağayev kimi idmançıları, 5 Qarabağ şəhidi və digər tanınmışları ilə həmişə yurda şöhrət gətirib.
Bağlaküçə xeyriyyə qrupunun təşkilatçılarından biri Muşfiq Nuriyev bu barədə bizə aşağıdakıları bildirdi:
Hazırda Bağlaküçə əsil inşaat meydançaşını xatırladır. Bu şəkildə gördüyünüz Tağ (ARKA) Bağlaküçənin girişində yerləşəcək. Burada işlər yaxın günlərdə yekunlaşacaq.
Deyirlər yol mədəniyyətdir. Bağlaküçənin də 1,5 kilometrlik əsas, 5 km.ə yaxın köməkçi küçələri var. Bu küçəni 1 kilometrə yaxını əvvəldən asfaltlansa da, həmin asfalt yolun kənarları bərbad gündədir. Bu da nəinki piyadaların gediş-gəlişinə problem yaradır, həmçinin asfalt yolu da korlayır. Buna görə həmin yol kənarlarını abadlaşması üçün müvafiq işlər görürük. Bağlaküçənin əsas küçəsi 1,5 kilometr olsa da, ara küçələri, açığını desək gedişi-gəlişi mümkünsüz edən yerlər də var. Bütün bu ara yollar qrederlə hamarlanır və həmin yollara çınqıl tökülür. Eləcə də yol kənarındakı arxlar, suötürücülər sahmana salınır.
Ən maraqlısı və dəyərlisi isə burada bütün yollaraın işıqlandırılması üçün 200 işıq fənəri quraşdırılır. (Artıq onun 80-i quraşdırılıb). Həmin fənərlərin əksəriyyəti mövcud elektrik dirəklərinə quraşdırılsa da, uzaq məsafədə olan bəzi yerlər üçün 15 yeni işıq dirəkləri alınıb. Həmin fənərlər rele ilə işləyəcək. Yəni, hava qaralanda yanacaq, işıqlananda sönəcək. Razılaşmışıq ki, işlədilən enerjinin pulun məhəllə sakinlərinin ev sayqaclarına qoşulacaq və işıq pulunu həmin ailələr ödəyəcək. Həmin yolun kənarında 120 ağac da əkilib və bu iş ardıcıl davam edəcək.
Məhəllənin girişindəki müasir formalı Tağ (ARKA) yəqin çoxlarının ürəyincə olacaq.
Yəqin ki, əksər insanlar maraqlıdır ki, bu təşəbbüs necə meydana gəldi? Öncə bir qrup gənc- Elmir Əliyev, Elşən Qürbətzadə, Elvin Babayev, Nazim Ələsgərli bu ideyanı irəli sürdü. Məktəbimizdə sakinlərlə bu ideyanı müzakirə etdik. Əvvəl bir az tərəddüd edənlər olsa da, sonradan çoxları qolunu çırmayıb işə girişdi.
Belə işlərdə hər şeydən öncə insanların təşkilatçılara inamıdır. İnam da aşkarlıq olanda yaranır. Biz də bu inamı qazanmaq üçün işimizi tam aşkarlıq şəraitində edirik. Bununla bağlı “vatçop” qrupu yaratmışıq. Hazırda qrupun 100-dən artıq üzvü var. Hamıya açıq olan hesab nömrəsi də var. Bu vaxta kimi 7 min manata yaxın pul yığılıb. Kim verib, hara xərclənib, hər şey göz qabağındadır.
Bizə təkcə pulla yox, usta kimi, fəhlə kimi yardım edənlər də az deyil.
Olunan yardımlar və şəxslər barədə bu günlərdə arkivan.az saytında geniş məlumat verəcəyik.
Onu da qeyd edim ki, planlarımız çoxdur. İstedadlı uşaqların aşkarlanması, imkansız ailələr yardım, həssas qrupdan olan qadınlara diqqət və digər sosial tədbirlər diqqət mərkəzimizdədir
Dünyanın harasında olmasından asılı olmayaraq bütün bağlaküçəliləri bizə səs verməyə, dayaq olmağa çağırırıq.
Bu günlərdə isə bu məhəllədə (Bura həm də Bağlaküçə küçəsi adlanır) böyük xeyriyyə işlərinə start verilib.
Bağlaküçə xeyriyyə qrupunun təşkilatçılarından biri Muşfiq Nuriyev bu barədə bizə aşağıdakıları bildirdi:
Hazırda Bağlaküçə əsil inşaat meydançaşını xatırladır. Bu şəkildə gördüyünüz Tağ (ARKA) Bağlaküçənin girişində yerləşəcək. Burada işlər yaxın günlərdə yekunlaşacaq.
250 işıq fənəri quraşdırılacaq Bağlaküçə çıraqban olacaq
Deyirlər yol mədəniyyətdir. Bağlaküçənin də 1,5 kilometrlik əsas, 5 km.ə yaxın köməkçi küçələri var. Bu küçəni 1 kilometrə yaxını əvvəldən asfaltlansa da, həmin asfalt yolun kənarları bərbad gündədir. Bu da nəinki piyadaların gediş-gəlişinə problem yaradır, həmçinin asfalt yolu da korlayır. Buna görə həmin yol kənarlarını abadlaşması üçün müvafiq işlər görürük. Bağlaküçənin əsas küçəsi 1,5 kilometr olsa da, ara küçələri, açığını desək gedişi-gəlişi mümkünsüz edən yerlər də var. Bütün bu ara yollar qrederlə hamarlanır və həmin yollara çınqıl tökülür. Eləcə də yol kənarındakı arxlar, suötürücülər sahmana salınır.
Ən maraqlısı və dəyərlisi isə burada bütün yollaraın işıqlandırılması üçün 200 işıq fənəri quraşdırılır. (Artıq onun 80-i quraşdırılıb). Həmin fənərlərin əksəriyyəti mövcud elektrik dirəklərinə quraşdırılsa da, uzaq məsafədə olan bəzi yerlər üçün 15 yeni işıq dirəkləri alınıb. Həmin fənərlər rele ilə işləyəcək. Yəni, hava qaralanda yanacaq, işıqlananda sönəcək. Razılaşmışıq ki, işlədilən enerjinin pulun məhəllə sakinlərinin ev sayqaclarına qoşulacaq və işıq pulunu həmin ailələr ödəyəcək. Həmin yolun kənarında 120 ağac da əkilib və bu iş ardıcıl davam edəcək.
Məhəllənin girişindəki müasir formalı Tağ (ARKA) yəqin çoxlarının ürəyincə olacaq.
Yəqin ki, əksər insanlar maraqlıdır ki, bu təşəbbüs necə meydana gəldi? Öncə bir qrup gənc- Elmir Əliyev, Elşən Qürbətzadə, Elvin Babayev, Nazim Ələsgərli bu ideyanı irəli sürdü. Məktəbimizdə sakinlərlə bu ideyanı müzakirə etdik. Əvvəl bir az tərəddüd edənlər olsa da, sonradan çoxları qolunu çırmayıb işə girişdi.
Belə işlərdə hər şeydən öncə insanların təşkilatçılara inamıdır. İnam da aşkarlıq olanda yaranır. Biz də bu inamı qazanmaq üçün işimizi tam aşkarlıq şəraitində edirik. Bununla bağlı “vatçop” qrupu yaratmışıq. Hazırda qrupun 100-dən artıq üzvü var. Hamıya açıq olan hesab nömrəsi də var. Bu vaxta kimi 7 min manata yaxın pul yığılıb. Kim verib, hara xərclənib, hər şey göz qabağındadır.
Bizə təkcə pulla yox, usta kimi, fəhlə kimi yardım edənlər də az deyil.
Olunan yardımlar və şəxslər barədə bu günlərdə arkivan.az saytında geniş məlumat verəcəyik.
Onu da qeyd edim ki, planlarımız çoxdur. İstedadlı uşaqların aşkarlanması, imkansız ailələr yardım, həssas qrupdan olan qadınlara diqqət və digər sosial tədbirlər diqqət mərkəzimizdədir
Dünyanın harasında olmasından asılı olmayaraq bütün bağlaküçəliləri bizə səs verməyə, dayaq olmağa çağırırıq.
Zahir Əmənov. Cenub.az