
Xatırladaq ki, Masallı rayonu üzrə qeydiyyatdan keçmiş 6 QHT sırasında qalib adını ancaq “Ümidim sənsən” İB qazanıb. Fidan Abbaslı bununla bağla cenub.az-a bildirib ki, bu qələbə bizim ilk uğurumuz deyil. Belə ki, əvvəlki illərdə də birliyin saytını yaratmaq, erkən nikahlarla bağlı da 2 layihənin qalibi olmuşduq. Bu dəfə ki layihəmiz isə, necə deyərlər, çox incə məqamlara toxunur. Belə ki, 230 min əhalisi olan rayonumuzda yüzlərlə tənha (ailəsini itirmiş, ailə qurmamış, boşanmış və bu qəbildən olan) qadınlar var. Layihə müddətində çalışacağıq ki, onlara dəstək olaq, qarşılaşdığı problemləri dövlət qurumları qarşısında qaldıraq, qayğıları ilə maraqlanaq.

Cənub bölgəsindən daha 6 QHT, 4-ü Lənkəran, 1-i Lerikdən, 1-i Astaradan olmaqla bu agentliyin elan etdiyi layihənin qalibləri sırasında olublar. Bütün qalibləri təbrik edir, eləcə də həmin təşkilatların adını və rəhbərlini adlarını diqqətinizə çatdırırıq.
1. "Şəfəq" Ekoturizm ictimai birliyi (Lənkəran). Vamiq Babayev
2. "Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası ictimai birliyi (Lənkəran). Afiq Məlikov
3 "Qayğı" Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi (Lənkəran). Səfərov Musarza
4. "İntellekt" Sərhədsiz Maarifçi Gənclər ictimai birliyi (Lənkəran) Samir Axundov
5. "Ümidim sənsən" Sosial İnkişafa Yardım ictimai birliyi (Masallı) Fidan Abbaslı
6. "Uzunömürlülər Diyarı" ekologiya və infrastrukturun bərpası ictimai birliyi (Lerik) Nazim Ağayev. (Leik)
7. "Gənclərin Sosial İnkişafına Dəstək" ictimai birliyi (Astara) Rəşad Həsənov (Astara)
Faiq Hüseynzadə. Cenub.az